Magazin1
Ailəmə görə bundan imtina etdim - Vəfa Zeynalova
“22 yaşıma qayıtsaydım həyatımda çox şeyi dəyişərdim. Atamla birgə xeyli vaxt keçirərdim. Atam elə bir işdə idi ki, onu çox görə bilmirdik. Həm də o, çox az danışan biri idi. O qədər az xatirəm var ki, həmin xatirələr üçün darıxıram. İstəyərdim çox olsun”.
Bunu Publika.az-a açıqlamasında Əməkdar artist Vəfa Zeynalova deyib.
O bildirib ki, çox gənc yaşda qardaşını itirib: “Onunla o qədər gözəl xatirələrim var ki, baxmayaraq ki, biz davamlı şəkildə davalar edirdik. Bu gün deyirəm ki, kaş yaşayardı, dalaşardıq yenə. Evin sonbeşiyi olmuşam, mənə demək olar ki, qadağa olmayıb. Anama deyirdim ki, niyə bacılarımı sıxırsan, məni yox? Deyirdi ki, səndən arxayınam. Səni hər yerə buraxaram. Sən heç vaxt məni yanıltmarsan! ”
V.Zeynalova əlavə edib ki, onun üçün böyük şanslar açılıb: “Onlar bu dəqiqə olsaydı, mən birmənalı şəkildə qəbul edərdim. Özüm də sanki körpələrimə qıymadım, dedim, hələ çox körpədirlər. Mühit dəyişməli idi, yoldaşım dedi ki, mən o mühitə uyğunlaşa bilmərəm. Çoxlu problemlər oldu, belə nəticəyə gəldik ki, mən ailə üçün uğurdan imtina edim. Qızlarım əkiz idi, problemlər oldu, 5 il xəstəxanalarda qaldıq. Gəncliyimin ən şux vaxtları idi, amma karyeramda da nəsə edirdim arada. Yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm. Sonradan düşünürdüm ki, axı düz deyir. Mən bu körpələri qoyum necə gedim?! Hərdən biz də qismətə öz həyat tərzimizlə müdaxilələr edə bilərik”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp









.jpg)

















.jpg)
.jpg)





