Magazin1
Sevil və Sevinc bacıları susqunluğu pozdular: "Kiminlə evlənirlər?..." - Müsahibə - VİDEO
Publika.az xəbər verir ki, tanınmış əkiz bacılardan Sevinc Səfərova Teleqraf.com-un "Sözünü de" layihəsində qonaq olub.
Müsahibəni təqdim edirik:
- Efirlərə az-az çıxmağınızın səbəbi nədir?
- Əslində, deməzdim ki, efirlərə az çıxırıq, sadəcə insanları yormaq istəmirik. Bununla yanaşı hər efirə də çıxmaq olmur. Hər müğənninin öz istəkləri, tələbatları, efir formatı var. Bunlara uyğun seçim edirik. Düşünürəm ki, efirdə az görünməyimizin səbəbi dörd ilə yaxın həftəiçi beş gün canlı efir aparmağımızdır. Çünki insanlar bizi hər gün efirdə görməyə vərdiş ediblər. Hazırda aparıcı kimi fəaliyyət göstərmirik, yalnız müğənni kimi çalışırıq. Buna görə insanlara efir çıxışlarımız az görünə bilər. Fikirləşirəm ki, müğənni üçün bu normaldır.
İnsanları nə qədər bezdirmək olar? Həm də sosial şəbəkələri də nəzərə almaq lazımdır, efirlə yanaşı sosial şəbəkədə hekayələr paylaşmaq və sair. Nə yedin, nə içdin, nə geyindin, hara getdin? Bunlarla yanaşı efirdə də aşırı dərəcədə görünmək, düşünürəm ki, yaxşı olmaz.
- Aparıcı kimi fəaliyyətinizə davam etməməyinizin səbəbi nədir? Çünki verilişiniz reytinq verirdi.
- Əslində fikirləşirəm ki, hər şeyi zamanında buraxmaq lazımdır. Gündə canlı efir aparmaq, enerji sərf eləmək, çılğınlıq göstərmək o illərdə qaldı. "Hər şey daxil" verilişində gördüyünüz Sevil və Sevinc eyni enerjini, çılğınlığı göstərə bilməz. Yaş öz sözünü deyir. Demirəm ki, 60 yaşımız var, amma istər-istəməz insan dəyişir.
O zaman problemlər olanda normal qarşılayırdıq, çox düşünmürdük. Buna cavanlıqdı deyib keçirdik. Hər şeyi boş verirdik. 24-lə 32 yaş eyni deyil.
İndi fərqli düşünürük, daha ciddi proqram aparmaq istəyirik. Canlı proqramı arzulamırıq, çünki yuxudan oyana bilmirik. Bəlkə bu bəhanədir. Amma yenə də maraqlı təkliflər olsa qəbul edərik. Hazırda şou-biznes əvvəlki kimi deyil. Tanınmış insanlar əvvəlki kimi deyillər. 2014-cü ildə sosial şəbəkələr, yutub bu qədər aktiv deyildi. Müğənniləri az-az gördüyümüzə görə efir bizim üçün maraqlı idi.
Hazırda hər şey ifrat dərəcəyə çatıb. Ona görə efirin də dadı qaçıb. Əvvələr müğənnilər yeni iş olanda efirə özləri xahiş edib gəlirdilər. İndi isə yaxşı müğənnini efirə çıxarmaq üçün yalvarmalı olursan. Ona görə bir az çətindir.
- Bir müddət əvvəl həmkarlarınız Xatirə İslam, Natavan Həbibi televiziyalara qonorar müqabilində çıxmağı təklif etdilər. Sizin bu məsələyə mübasibətinizi bilmək istərdik.
- Təbii ki, hamı pul qazanmaq istəyir. Yalan danışmayım. Çox pul heç kimin cibini cırmır. Amma real danışaq ki, bu gün bizim televiziyalarda o imkanlar, sponsorlar, məbləğlər yoxdur. Biz əgər Rusiya və Türkiyədən danışırıqsa, oradakı televiziyaların sayını nəzərə almalıyıq. Bizdə barmaqla sayılası qədər televiziya, radio var. Bu gün o pilləyə gəlib çatmamışıq ki, qonorar tələb edəsən.
Təbii, televiziyada çalışan insanlar da istəyər ki, qonağın pulunu versin, həm efiri yaxşı getsin, həm də müğənni narazı qalmasın. Amma bu hələ ki real deyil. Təki olsun... Hərənin bir istəyi var.
Televiziyadan qonorar tələb ediblər, yaxşı ediblər, əsas odur, nəticə var, yoxsa yox. O da çox önəmlidir. Bəzən deyirlər ki, filankəs toy mərasiminə yarım saatı on minə gedir. Sən on min manat qiymət təyin edə bilərsən, amma sənə o məbləğə çağıran var, yoxsa yox. Demək, qiymət sənə uyğun olmadığına görə çağrılmırsan, sənin qiymətin deyil. Belə şeyləri nəzərə almaq lazımdır.
Allah hər kəsin ruzisini versin. Təki Allah kanallarımıza o qədər imkan versin ki, hər müğənniyə büdcə ayıra bilsin. Amma əfsus olsun ki, bu belə deyil. Realığı da nəzərə almaq lazımdır.
- Bir müəddət əvvəl artıq çəki almağınız söz-söhbətlərə səbəb oldu. Tənqid edildiniz...
- Bəli, ürəklə deyirəm ki, 9 kilo arıqladım. Sağ olsunlar, İnstaqramda yazılan tənqidlər, camaatın həyatıma müdaxiləsi bəlkə də mənə bir az dəstək oldu. Dedilər, kökəlmisən, mən də inadına dedim ki, anoreksiya olacam (gülür). Çaylar vasitəsilə arıqladım. Bununla yanaşı iradəm də vəsilə oldu.
- Yaxın günlərdə ailə qurmağınız haqda xəbərlər yayıldı. Bu nə dərəcədə doğru idi?
- Şəxsi həyatım haqqında açıqlama vermək istəmirəm. Hər bir müğənni şəxsi həyatını açıqlamaq məcburiyyətidə deyil. Hər kəsin fikrinə hörmətlə yanaşıram, amma özəlimə toxunanda sevmirəm. Ona görə də düşünürəm ki, bizim də seçimimizə hörmətlə yanaşarlar. Təbii ki, insanlara maraqlıdır, onların həyatında nə baş verir? Kiminlə evlənirlər? Hansı sahədə çalışır? Amma şəxsi həyatımızda nəsə olsa ilk öncə sizə xonçaların şəklini göndərəcəm.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...