Magazin1
İradə İsak: “Kanal rəhbərləri sevmədikləri bu simalara möhtacdırlar”
Deyirsiniz, efirdən qovulsun! Nətər? O kanallar, onların təşəxxüslə gəzən rəhbərlərinin efir siyasəti bu aparıcıların üzərində dayanır, onların reytinqinə, reytinqdən gələn qazanca, bəzən, hətta özləri də sevmədikləri bu simalara möhtacdırlar. O aparıcılara İlahi varlıq kimi hörmətlə yanaşırlar.
Publika.az xəbər verir ki, bu sözləri eks-aparıcı, İRİS Televiziya və Jurnalistika Məktəbinin rəhbəri, telejurnalist İradə İsak Zaur Kamalın cənubi azərbaycanlı müğənni Afşin Azərini canlı efirdən uzaqlaşdırması barədə danışarkən deyib. Televiziyalardakı mövcud problemlərə toxunan eks-aparıcı iradlarını dilə gətirib:
“Aparıcının gözəl nitqi olmalıdır, xoş siması, intellekti olmalıdır” - dediklərinizin biri də reytinq vermir. Çünki TV bazamız yoxdur, şou aparıcılar yetişdirilmir. Bu uşaqlar isə özləri-özlərini yaradıb, indi də kanala haqlı olaraq diqtə edir. “Mənim verilişim” deyir, “mənim efirimdən çıx” deyir. Çünki həqiqətən elədir.
Zamanında bir çox TV-lərin qapısını döydüm. Dedim, gəlin, 70-ci illərin diktorlarının dilində yox, müasir TV standartlarına cavab verən xəbər, proqram aparıcıları yetişdirək. Hamısı özündən razı halda “ehtiyacımız yoxdur” dedilər. Amma hansısa aparıcının yaxa mikrofonundan sallaşa qalmağa ehtiyacları var, hətta möhtacdırlar. Özlərinin yaratdığı isə boş, sönük ulduzlardır və onları sizə yedirməzlər. Havayı ümid etməyin. Çünki başqa əlacları yoxdur”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
