Magazin1
Məşhur aktrisadan sensasion etiraf: “Nişanlım küçədə məni döydü”
Rejissor Nail Naiboğlunun yutubkanalında yayımlanan “Qırmızı” layihəsində qonaq olan Əməkdar incəsənət xadimi Məlahət Abbasova illər öncə ilk nişanlısının zorakılığına məruz qalıb.
Publika.az xəbər verir ki, müsahibəsində səmimi etiraflar edən kino ulduzu bütün bunların ayrılıqla nəticələndiyini deyib. O, “Düzdür ki, toyunuza 1 həftə qalmış çalışdığınız teatrın qarşısında nişanlınız sizi döyüb” sualına belə cavab verib.
“Üstündən illər keçib. Bir işin içinə şiddət girirsə, orada heç nə yoxdur. Bəlkə qırıldığım nöqtə ora idi. Qarşı tərəf şərt qoymuşdu ki, sənəti davam etdirməyəcəksən. Həyatımın ən yorğun, sıxıntılı vaxtları var idi. Məndə bir travma yaradıb. Qadın şiddətlərini oxuyuram, onu yaşadığım üçün qızlara üzülürəm. Azərbaycanın öz mentaliteti var: nişan qayıda, toy təxirə salına bilməz. Bizim toya 3 dəfə ölüm girdi: bibim, əmim rəhmətə getdi, onlarda bir nəfər dünyasını dəyişdi. Hər dəfədə toy təxirə salındı.
Həyat yoldaşımı Türkiyədə tanıdım, 2 ay sonra evləndik. İyunun 7-də İstanbula qastrol səfərinə getdik, İyunun 15-də biz tanış olduq, avqustun 2-də isə evləndik. Bizi qaynım tanış etmişdi. Onunla Bakıya gələndə ailəlikcə görüşmüşdük. O, çox məşhur iş adamıdır. O dedi ki, çox yaraşıqlı bir qardaşım var və səni tanış etmək istəyirəm. O zamanlar mənim üçün sıxıntılı bir dönəm oldu. Bu qərarı verməkdə də çox çətinlik çəkirdim. Türk vətəndaşı ilə ailə qurmağıma ailəm pis reaksiya verdi. Atam bir il məni danışdırmadı”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
