Magazin1
Cem Adrian AZAL-ın təyyarəsində ÖLÜMDƏN DÖNDÜ - FOTO/VİDEO
"Hamınız çox gözəl görünürsünüz. Məni bir qədər gözləməli oldunuz, amma səbəbi mən deyiləm, qismətdir. Burada olmaqdan çox məmnunam, sağ-salamat gəlib çıxa bildim. Bu gün mənim üçün özəl bir konsertdir. Həm də möcüzəvi bir gündür. Allah göstərməsin, bu gün bu səhnədə oxumaya bilərdim".
Publika.az xəbər verir ki, bu sözləri Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edən məşhur müğənni Cem Adrian deyib.
İfaçı konsertin iki saatdan çox gecikməsi ilə bağlı səhnədə açıqlama verib. O, bildirib ki, buna səbəb “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin İstanbul-Bakı reysini yerinə yetirən "J2-076" nömrəli təyyarəsində yaranan texniki nasazlıq (ön şüşənin çatlaması) olub.
"Bədbəxt bir hadisə baş versəydi, bütün media məndən yazacaqdı. Odur ki, konsertin baş tutması mənim üçün həqiqətən möcüzəvidir. Təyyarə Bakıya 08:55 radələrində endi. Hava limanından birbaşa səhnəyə gəldim", - sənətçi qeyd edib.
Müğənni əlavə edib ki, musiqiçilərindən biri müəyyən səbəbdən hava limanından buraxılmadığı üçün konserti tək pianoçunun müşayiəti ilə ifa etməli olub.
Aytən Məftun
Bu gönderiyi Instagram'da gör
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)
.png)


































