Magazin1
Oksana ağladı və ağlatdı - "Dram" səhnələri - VİDEO
Böyük məsuliyyət hissi ilə həssas işimizi sizinlə paylaşıram. Təqdimata gələn hər kəsə, bütün media işçilərinə dərin təşəkkürümü bildirirəm. Bu diqqətiniz çox dəyərlidir.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Nurlana Cəfərova "Dram" şeiri əsasında çəkilən ekran işinin Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində deyib.
Aparıcı qeyd edib ki, layihə Tərlan Tağıyevin rejissorluğu ilə ərsəyə gəlib. Baş rolda Oksana Rəsulovanın çəkildiyi qısametrajlı film ailədə valideynlər tərəfindən zorakılığa məruz qalan uşaqlara həsr olunub.
Aparıcı bildirib ki, son illərdə bu cür hadisələrin tez-tez təkrarlanması onu dərindən sarsıdır. Odur ki, bu cür hadisələrə yox demək və cəmiyyətə bir mesaj ötürmək üçün belə bir işə imza atmağa qərar verib.
Nurlana Cəfərova deyib ki, qadınlara, uşaqlara qarşı şiddətin qarşısını almaq üçün əlindən gələni etməyə hazırdır:
"Biz cəmiyyət olaraq buna dur deməyi öyrənməliyik. Heç bir ailədə dram yaşanmasın, övladlarımız sevgi və sülh içində böyüsün".
Sonda aparıcı qeyd edib ki, Oksana Rəsulovanın sayəsində film çox təsirli alınıb: "Əziz Oksana Rasulova, sənin mükəmməl aktyorluq qabiliyyətin, istedadın mənim üçün sirr deyil. İllərdir səni izləyən, tanıyan biri kimi sadəcə o böyük ürəyinin qarşısında baş əyirəm. Səni hələ kəşf etməyənlər utansın!
Tarlan Tagiyev, çox sağ ol əməyin, səbrin və yaradıcılığın üçün! İlk çəkilişlərini gördüyüm an hiss etdiklərim məni yanıltmayıb".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)




























.jpg)


