Azərbaycanda ən çox dinlənilən müğənnilər
Bizi izləyin

Magazin1

Azərbaycanda ən çox dinlənilən müğənnilər

"Spotify" striminq xidməti 2022-ci ildə azərbaycanlılar arasında ən çox dinlənilən sənətçilərin siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, "Spotify" mahnıları, audiokitabları və podkastları cihazınıza yükləmədən qanuni şəkildə dinləməyə imkan verən onlayn audio xidmətidir. "Spotify" veb sayt, bütün əməliyyat sistemləri, smartfonlar, smart cihazlar və avtomobil media sistemləri üçün mövcud bir proqramdır. Artıq ikinci ildir ki, sözügedən proqram Azərbaycan bazarında tam hüquqlu fəaliyyət göstərir.

2022-ci ildə Azərbaycanda dinlənilən ən populyar 10 mahnı aşağıdakılardır:

1. Madrigal - Seni dert etmeler

2. Tom Odell – Another one

3. Rei 6 – Ah canım sevgilim

4. Elli Dune – Middle of the night

5. No.1 – Yarım kalan sigara

6. Madrigal – Dip

7. Can Koç - Gökyüzünü tutamam

8. Joseph Abbas – Heç vaxt

9. Mavi Gri - Altüst olmuşum

10. The Neighbourhood - Sweater weather

Qeyd edək ki, “Seni dert etmeler” mahnısı 2021-ci ildə də Azərbaycanda "Spotify" istifadəçiləri arasında lider olub. Maraqlıdır ki, "Spotify"a görə 2022-ci ildə Azərbaycanda ən çox sevilən 50 mahnıda yuxarıda qeyd olunan “Heç vaxt” (Jozef Abbas), “6AM” (Rauf Kingsley & Paster), “Belə gözəldi o” (Mehdi Sadiq & Noton) istisna olmaqla, demək olar ki, azərbaycanlı sənətçilərin heç bir treki polaraq yoxdur.

2022-ci ildə Azərbaycanda "Spotify" istifadəçiləri arasında ən populyar 10 sənətçinin reytqini:

1. The Weeknd

2. Ezhel

3. BTS

4. UZI

5. Duman

6. Çakal

7. Eminem

8. The Neighbourhood

9. Paster

10 Billie Eilish

Qeyd edək ki, azərbaycanlı "Spotify" istifadəçiləri arasında populyar sənətçilərin ümumi reytinqinə Pasterdən başqa, Xpert, MadTeen, Azərbaycanın xalq artisti Röya Ayxan, Saybu Swag, Orxan Zeynallı, Epi, Miro, Mehdi Sadiq, Hiss və Rusiyada və MDB ölkələrində inanılmaz populyarlıq qazanan müğənni Jony daxil olub.

"Spotify"a görə, 2022-ci ildə ən populyar azərbaycanlı sənətçilərin siyahısı:

1. Paster

2. Xpert

3. Jony

4. MadTeen

5. Röya Ayxan və Nicat Rəhimov

6. Saybu Swag

7. Orxan Zeynallı

8. Epi

9. Mehdi Sadiq

10. Hiss

Qeyd edək ki, “Warner Music” musiqi leyblli ilə birgə albom çıxarmağa hazırlaşan Hiss yenidən "Spotify"da ən populyar cə ən çox dinlənilən azərbaycanlı müğənni olub, striminq xidmətində mahnılarının dinlənilmə sayı 2,7 milyonu ötüb.

Azərbaycanlı "Spotify" istifadəçiləri arasında 2022-ci ildə ən populyar 10 musiqi qrupu aşağıdakılardır:

1.BTS

2. Duman

3. The Neighbourhood

4. Madrigal

5. Yüzyüzeyken Konuşuruz

6. Dolu Kadehi Ters Tut

7. Arctic Monkeys

8. Miyagi & Endishpil

9. Imagine Dragons

10. Model

Qeyd edək ki, bu reytinqdə çox nadir istisnalar olmaqla, demək olar ki, bütün musiqi qrupları əcnəbidir. Rusiya Federasiyası və MDB məkanında populyarlıq qazanmış "HammAli & Navai" ilə "Rauf & Faik" adlı azərbaycanlı sənətçilər, həmçinin "The Half" qrupu Top 50-yə daxil olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm