Nida Təhlil
Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
Azərbaycançılıq ideologiyası xalqın milli kimliyini, tarixi köklərini, mədəni irsini və dövlətçilik ənənələrini özündə birləşdirən əsas ideoloji dayaqlardan biridir. Ümummilli lider Heydər Əliyevin siyasi xəttində azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi milli birliyin və dövlətçiliyin qorunmasının başlıca istiqamətlərindən biri olub. Bu ideologiya cəmiyyətdə dini, siyasi və regional fərqlərdən asılı olmayaraq, bütün vətəndaşların vahid milli məqsədlər ətrafında birləşməsini nəzərdə tutur. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və dövlət maraqlarının müdafiəsi baxımından azərbaycançılıq bu gün də mühüm əhəmiyyət daşıyır. Ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri milli birliyin gücünü bir daha nümayiş etdirir. Bununla yanaşı, xarici təsirlərə qarşı dayanıqlılığın artırılması və cəmiyyətdə həmrəyliyin qorunması dövlətçilik baxımından aktual məsələlərdəndir. Azərbaycançılıq ideologiyasının gələcək nəsillərə ötürülməsi də milli birliyin davamlılığı üçün vacib amillərdən biridir.
Millət vəkili Aydın Mirzəzadə Publika.az-a bildirdi ki, azərbaycançılıq xalqımızı birləşdirən, onun tarixini, mədəniyyətini, mənsubiyyətini və gələcəyini ümumiləşdirən çox unikal bir ideologiyadır.
“Bu ideologiya insanları qruplara, regionlara, dini və siyasi düşüncələrə ayırmır. Əksinə, onları Azərbaycan torpağına, onun tarixinə və milli kimliyinə bağlayır. Azərbaycançılıq milli dövlət quruculuğunda, cəmiyyətin bir yerə toparlanmasında böyük rol oynayır”, - deyə deputat qeyd etdi.
Aydın Mirzəzadə vurğuladı ki, indiyə qədər Azərbaycan cəmiyyətində heç bir siyasi partiya, heç bir nüfuzlu ictimai-siyasi xadim azərbaycançılığın əleyhinə çıxış etməyib. Onun sözlərinə görə, bu ideologiya birləşdirici faktordur və bundan sonra da həmişə belə olacağı görünür.
Deputat bildirdi ki, müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan cəmiyyətini daxildən parçalamağa çalışan xarici qüvvələr çox olub. Əlavə etdi ki, onlar dini ayrı-seçkiliyi qorumağa, regionçuluğu gücləndirməyə, insanları siyasi partiyalara və ayrı-ayrı xarici ölkələrə simpatiya bəsləməyə sövq etməyə çalışıblar:
“Bu istiqamətdə beşinci kolon yaratmaq üçün çox səy göstəriblər. Ancaq bütün bunların cavabını Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti verib. Fərqli siyasi düşüncələr olsa da, milli birlik vacibdir. Məhz milli birlik, dövlətçiliyə və xalqa bağlılıq Azərbaycan müstəqilliyini möhkəmlədə bilər”.

Deputatın sözlərinə görə, xarici dairələrin məqsədi Azərbaycanı parçalamaq, ölkəyə zidd olan inkişaf xəttini zorla qəbul etdirmək, onu daim müəyyən qruplar arasında ciddi rəqabətin yaşandığı bir ölkəyə çevirmək olub. Onlar bu qrupları maliyyələşdiriblər, xarici ölkələrdə xüsusi kurslarda onlara siyasi təlimlər də keçiblər. Ancaq etdiklərinin hamısı iflasa uğrayıb.
Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan cəmiyyəti parçalanmanın milli maraqlara cavab vermədiyinin fərqindədir. Məhz milli birlik Azərbaycan torpaqlarını işğaldan azad etməyə, bu gün isə işğaldan azad olunan ərazilərdə böyük quruculuq işləri aparmağa imkan verir.
“Bu gün hər bir vətəndaş müstəqil dövləti ilə, onun inkişafı ilə fəxr edir. Hər bir vətəndaşımızın bu quruculuqda özünəməxsus yeri var. Həm yaşlı, həm də gənc nəsil bu xəttin davam etdirilməsində, birliyin qorunmasında və xarici təsirlərin Azərbaycana daxil olmasının qarşısının alınmasında öz fəaliyyətini göstərir”, - deyə deputat fikirlərini yekunlaşdırdı.
Müəllif: Adəm Abbaslı
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)



.jpg)















