Magazin1
Polis müğənnini saxladı: "Dedi, maşından nəsə iy gəlir"
Müğənni Hiss yol polisi tərəfindən cərimələnməsindən danışıb.
Publika.az "OLAY"ya istinadla xəbər verir ki, bu barədə Xəzər FM-in "Surət həddi" verilişində açıqlama verib. Sənətçi deyib ki, avtomobili iki dəfə cərimə meydançasına aparılıb:
"İçki içən deyiləm. Ümumiyyətlə azaltmışam. İlk dəfə cərimələndiyim gün Şuşaya gedirdik. Axşamı da qardaşımın ad günü idi. Son bir ildə içkini çox azaltmışam, içəndə də 1 stəkan içirəm. O da yalnız xoş günlərdə. Qardaşımın ad günündə 1 stəkan içmişdim. Sonra səhər oyandım, qəhvəmi içdim çıxdım yola. Maşında yeni olduğu üçün qəribə iyi gəlirdi.
Polis saxladı məni, dedi, maşından nəsə iyi gəlir. Dedim ki, ola bilər. Soruşdu ki, içkilisiz? Dedim, yox, mən içmirəm. Sonra yoxlanış etdi, dedi, nəsə var. Mən də saf kimi söylədim ki, axşam 1 stəkan içmişəm, bəlkə odur. Ona da o sözü deyərlər?
Cəriməni yazdı, maşını da cərimə meydançısına apardılar. İkinci dəfə isə qəza olanda cərimə meydançasına aparmışdılar. İki dəfə də pis adla aparıblar. Birinci içkiyə görə, o da heç içməmişdim. Digərində də qəza adı ilə. Ən pisləri başıma gəldi".
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək











.jpg)









.jpg)


















