Magazin1
Öpüş səhnəsi ilə gündəm olan aktrisa: "Azərbaycanda stereotipləri qırmaq lazımdır" - VİDEO
“Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır”.
Publika.az xəbər verir ki, bunu "Əqrəb mövsümü" serialında öpüşmə səhnəsinə görə tənqidlərə tuş gələn aktrisa Şahanə Rzayeva "Yenicağ"a açıqlamasında deyib.
Aktrisa onu tənqid edənlərə səslənib:
“Öpüş səhnəsinə qalanda insanların mənim oynadığım obraz haqqında bildirdikləri tənqidi qəbul edirəm, pis rəylərə isə baxmıram. Azərbaycanda “öpüş”, “yataq” səhnələrinə qarşı olan pis stereotipləri qırmaq lazımdır. O stereotiplər olduğu müddətdə bu cür pis rəylər normaldır. Mən təklif edərdim, o pis rəy yazanlar oturub serialı izləsinlər..
Partnyorum Əli haqqında demək istəyirəm ki, yaxşı ki o insanla sənətimiz kəsişib… Çox istedadlı, peşəkar, sənətinə aşiq, yaradıcılığından da o tərəfə çox möhtəşəm insandır. Ailəsini də tanıyıram və hörmətim sonsuzdur.
Sənətimi çox sevirəm. Hər zaman da sənətim üçün çalışıram və çalışacağam.
Yadınızdadırsa, mən sizə “Əqrəb mövsümü” serialı çəkilməmişdən öncə müsahibə vermişdim və qeyd etmişdim ki, möhtəşəm bir serial gələcək. O səhnə ilə də bağlı vurğulamışdım ki, Azərbaycan tamaşaçısının sərt reaksiya verəcəyindən əminəm. Nəzərinizə çatdırım ki, serialı izləyənlərin 99 faizi, ümumiyyətlə, bu səhnə ilə bağlı pis rəy yazmayıb. Çünki serial, həqiqətən də, Azərbaycanda çəkilmiş- hələ ki – ən keyfiyyətli işlərdən biridir”.
Qeyd edək ki, aktyor Əli Əlizadənin həmkarı Şəhanə Rzayeva ilə öpüşdüyü kadr sosial şəbəkədədə müzakirə olunub. Aktrisanı buna görə tənqid atəşinə tutanlar da olub, normal qəbul edənlər də.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi







.jpg)



























.jpg)
.jpg)
