Magazin1
Hikmət Rəhimovdan şok iddia: "O pulu basıb yedilər"
Dünyanın bir çox festivallarında qalib olan "Çılpaq" filminin rejissoru və tanınmış aktyor Hikmət Rəhimov serialllara ayrılan büdcənin mənimsənilməsindən gileylənib.
Publika.az xəbər verir ki, İctimai TV-nin "Dikdaban" proqramında qonaq olan aktyor bu barədə şok iddialar ortaya atıb.
"Bir neçə il əvvəl ölkə başçısı serial sektoruna büdcə ayırdı. Heç nə, pulu basıb yedilər, serial da ortaya çıxmadı. Görürlər ki, iş də getmir... Onda o büdcəni niyə ayırmalıdırlar ki?", - aktyor qeyd edib.
Kino ulduzu illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayrılan 6 milyon manat vəsaitin mənimsənilməsinə də toxunub:
“Görürlər ki, iş də getmir... Onda o büdcəni niyə ayırmalıdırlar ki? 6 milyon büdcə ayrılmışdı ki, serialların inkişafına hissə-hissə bölünsün. O pul nə bölündü, nə bir şey olundu, kiminsə əlinə düşdü. Birini dəqiq bilirəm, adını çəkmirəm. 6 milyon Azərbaycanın serial sektoru üçün pis pul deyildi. Bunu da ayırdılar ki, bir az özünüzə gəlin, dirçəlin. Kimsə də pulu götürüb qoydu cibinə ki, tək mən dirçəlim. Ona görə düzəlmədi”.
Qeyd edək ki, sözügedən Sərəncam 2013-cü ilin aprelində imzalanıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO








.jpg)
.png)


























