Magazin1
“Mahnını goruna aparacaqsan?” - Nazənin/ FOTO
"Son 2 ildə görün nə qədər sənətkarlarımızı itirdik. Məni ən çox yandıran Baloğlan Əşrəfovun ölümü oldu. Onun ölümü ilə heç cür barışa bilmirəm. Allaha xoş getməz, sitəm etmək olmaz. Amma onun ölümü mənə o qədər pis təsir edib ki. Əvvəllər rayona gec-gec gedirdim. İndi tez-tez gedirəm ki, onu bəhanə edib, gedib həmdə ziyarət edim. Gedəndə də ziyarət edirəm, gələndə də. Bəzən yuxuma da girir, amma yadımda qalmır. Zöhrə Abdullayeva, Aslan Hüseynov, Arif Quliyev və s. sənətkarlarımız dünyalarını dəyişdilər. Pandemiya görün bizdən kimləri aldı. Hər insan gündə 3 dəfə öz ölümünü yadına salsa, vallah pislik etməz. Pisliklə dünyanı tutub, hara gedəcəksiniz? Mahnı üstündə qırğın edirlər, ay bala, goruna aparacaqsan?! Mahnı oxunmaq üçündür də. Mənim mahnılarımı bütün el-aləm oxuyur. Halal xoşları olsun. Mahnı oxunduqca yaşayır. Müğənnilər tanıyıram ki, kimlərsə onların mahnılarını oxuduqlarına görə məhkəməyə veriblər. Ayıbdır!"
Publika.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış və sevilən müğənni Nazənin Salayevadeyib. Sənətçi kiçik oğlu Orxanın qısqanc olduğunu bildirib.
"Kiçik oğlum Orxan qısqanc idi. Adımı daşıyan nəvəm Nazəninə görə qısqanclıq edirdi. İndi Nazəninlə ulduzu barışıb, balaca Rəhimlə yola getmir. Tək böyüyən uşaqlar axı aqressiv olurlar. Orxan bir az nisbətən şıltaqlıqlarını qoyub kənara. Əvvəlki Orxan deyil. Əvvəl otağına buraxmırdı uşaqları. Mənə göz-qaş edirdi ki, getsinlər. Bilmirəm hansı sənətin sahibi olacaq?! Elə yaş dövrüdür ki, hələ fikirləri dağınıqdır. Gecə başqa sənət deyir, səhər başqa sənət" deyə müğənni bildirib.
"Fəxri adınız yoxdur. Bu sizin üçün önəmlidir?" sualına müğənni belə cavab verib.
"Xeyr, fəxri adın mənim üçün heç bir önəmi yoxdur. İnsana ad bir dəfə valideyni tərəfindən verilir. Siz heç eşitmisiniz ki, desinlər Amerikanın xalq artisti? Dünyanın heç bir yerində belə şey yoxdur. Bu Sovetdən qalma ən-ənədir. Birinin maaşı 60 manatdır, birinin maaşı 120 manat. Sözün düzünü deyim ki, heç gözləntim də yoxdur. Xalq bizi sevir. Xalqın sevimli müğənnisi adı hər şeydən üstündür. Əlbəttə ki, dövlətin verdiyi fəxri ad daha şirin olur. Bəzən hansısa sənət yoldaşlarım inciyir. Vallah, Allahın qismətində varsa veriləcək, yoxdursa verməyəcəklər. Buna görə məyus olmağa dəyməz" deyə sənətçibildirib.
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO