Magazin1
"Siyavuş Ofeliyaya aktrisa ilə xəyanət edib"

"Siyavuş Aslanın böyük bir səhvi olmuşdu. O, teatrda çalışan bir aktrisa ilə yaxınlıq etmişdi. Bunu da onun həyat yoldaşı Ofeliya Aslan (mərhum Əməkdar artist - red.) bilmişdi. Ofeliya həmin aktrisa ilə səhnəyə çıxırdı. Tərəf müqabili idi. Məsələ böyüdü və onlar boşanmaq həddinə gəlib çatdılar. Ondan sonra isə Ofeliya tərəfindən Siyavuş bağışlanmadı".
Publika.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Portret" yutub layihəsində deyib. O, mərhum Xalq artisti Siyavuş Aslanın həyat yoldaşına həmkarı ilə xəyanət etməsindən danışıb:
"O aktrisa da dünyasını dəyişib. Amma gərək o aktrisa Siyavuşla yaxınlıq etməzdi. O ailəyə gərək o zərbəni vurmazdı. Bir gün isə Siyavuşun bir müğənni ilə yaxınlıq etməsi ilə bağlı söhbəti çıxdı. Güya Siyavuş həmin qadın müğənni ilə yaşayır. Mən Kübra bunu görmədim, hiss etmədim.
Ofeliya bunlardan sonra çox dəyişdi. O, ancaq intiqam almaq istəyirdi. Ofeliya onu bağışlamaq istəmədi. İllər keçdi bu şeylər onun içində böyüdü, sonra da Ofeliyanın bütün sinir sistemini pozdu. Artıq Ofeliyada bəzi hadisələr başladı. Biz bunu Siyavuşa heç cür deyə bilmirdik. Bilirsiniz, Siyavuş, Ofeliya Psixiatriya Xəstəxanasına yerləşdiriləndə necə ağlayırdı? Siyavuş asfaltın üstündə yerimirdi, sanki o havada gəzirdi. İnsanın belə bir halı olur, heç kimi görmürsən, heç kimə salam vermək istəmirsən.
O, çox pis halda idi. Ofeliya Siyavuşu bağışlamadı. Amma Siyavuşa bu addımı atmağa məsləhət verdilər. Siyavuş getdi həkimlərlə danışdı. Eşidəndən sonra arvadı Ofeliyada bu hadisələr baş verib, ona yardım etmək istədi. Amma Ofeliya bunu da səhv başa düşdü".
Qeyd edək ki, Ofeliya Aslan 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

-
Maraq dünyası19:51
Mask türkcə bilən işçi axtarır - Maaşı...
-
Nida Xəbər 19:26
Ermənilərin müsadirə edilən döyüş texnikası - VİDEO
-
Hadisə19:14
SDU-nun müəllimi vəfat etdi
-
Nida Xəbər 18:34
Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə etdi - FOTO
-
Nida Xəbər 17:28
Qarabağda bütün mənzərə bir gündə dəyişdi - Yaşar Gülər
-
Qarabağ 16:56
Ermənilərin tərk etdiyi döyüş mövqeyinin görüntüləri - Video
-
Nida Xəbər 16:42
“Yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırıq” - Hikmət Hacıyev
-
Nida Təhlil 16:16
Bu görüş erməniləri zərərli ideologiyadan xilas edəcək - ŞƏRH