Magazin1
Üç ildən sonra efirə qayıtdı
AzTv-də yayımlanan “Bakı gecələri” verilişindən sonra efir fəaliyyətini müvəqqəti olaraq donduran məşhur aparıcı Nurlana Cəfərova yenidən tamaşaçıların görüşünə gəlib.
Publika.az xəbər verir ki, AzTv ilə yollarını ayıran aparıcı İctimai kanalda işə başlayıb. Biz Nurlana Cəfərovanı bu gündən etibarən “Dikdaban” verilişinin aparıcılarından biri kimi görəcəyik. Bu barədə o, özü sosial mediada məlumat bölüşüb.
“3 illik fasilədən sonra, sabah yenidən efirə qayıdıram. Bütün bu zaman ərzində məndən öz sevginizi, xoş sözlərinizi, diqqətinizi əsirgəmədiyiniz üçün çox sağ olun”, - o, paylaşımında qeyd edib.
Bundan başqa, əldə etdiyimiz məlumata görə, Yazıçılar Birliyinin üzvü olan N.Cəfərova ikinci kitabının təqdimatı üzərində çalışır. Kitabın Yeni İldən sonra təqdim olunması planlaşdırılır. Bir çox radio və televiziya verilişlərinin aparıcısı olan məşhurun "Hər iki mən" adlı ilk şeir kitabı isə 2019-cu ildə çap olunub.
Məlumat üçün bildirək ki, Nurlana Cəfərova 2006-cı ildən radio və televiziya sahəsində fəaliyyətdədir. 2016-cı ildən AzTv-də Musiqili və Əyləncəli Proqramlar redaksiyasının baş redaktoru, daha sonra bu şöbənin redaktor müavini vəzifəsində çalışıb. O, AzTv-də “Bakı gecələri”, “Görüş yeri”, “İllərin nəğmələri” və “Milli Muğam” müsabiqələrinin aparıcısı olub. Televiziya ulduzu analıq məzuniyyətinə çıxdığı üçün karyerasına fasilə vermişdi.
-
Magazin203:44"Friends" serialının aktyoru vəfat etdi
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO
-
Nida Xəbər 24 Dekabr 22:26Prezidentin ad günündən ailə FOTOSU
-
İdman24 Dekabr 21:23"Fənərbağça" prezidenti saxlanıldı
-
Rəsmi xronika24 Dekabr 20:25Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
-
İdman24 Dekabr 19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi
-
Rəsmi xronika24 Dekabr 19:00İlham Əliyev Ağdamda açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ













.jpg)











