Magazin1
Kartından oğurluq edilən tanınmışa bankın cavabı: Ola bilər ki... - VİDEO
Aktrisa Ülviyyə Xəlilbəyli iddia edir ki, dələduzluq halı ilə rastlaşıb.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, ondan təzə aldığı kart hesabından özünün də xəbəri olmadan pul çıxılıb.
Aktrisa sonradan həmin karta müəyyən məbləğdə pul yatırıb:
“Kartımın istifadə müddəti bitmişdi, bank mənə ödənişsiz, hədiyyə olaraq kart verdi, Dedilər ki, artıq sistem belə işləyir. Kartı götürdüm, haradasa 1 ay yarım olardı istifadə etmirdim. Ayın 15-i haradasa saat 16:27-də prosesi yerinə yetirdim. 16:52-də kartımdan pul çəkildi. Buna görə də banka müraciət etdim. Dedilər ki, bəs, bu dələduzluq hadisəsidir və sizin kartınız ancaq bloklanmalıdır. Ola bilər ki, 14 gün ərzində pulu geri qaytaraq və yaxud da ki, heç qaytarmayaq, bu, bizdən asılı olan səbəb deyil”, - deyə aktrisa qeyd edib.
Məsələ ilə bağlı Banklar Asossiasiyasından bildirildi ki, belə halla rastlaşdıqda, dərhal banka müraciət olunmalıdır.
Vəkil Babək Həmidov isə deyir ki, əgər bu hal kart sahibinin öz səhlənkarlığı ucbatından baş veribsə, məsuliyyəti elə özü daşıyır.
Məsələ ilə bağlı İT mütəxəssisi Rövşən Əkbərov bildirdi ki, bu kimi hallarla üzləşməmək üçün, kartı alan kimi içinə məbləğ qoymadan öncə “3D” təhlüksizlik funkisyasını aktiv etmək, gündəlik xərcləməyə limit təyin etmək lazımdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Dünya10:36Çindən Rusiyaya şad xəbər: ABŞ xoş sürpriz edə bilər
-
ABŞ10:09Trampın kiçik oğlu bu modellə nişanlandı - FOTO
-
Sosial09:33Abbas Abbasov axtarışa verildi
-
Sosial08:3714 yaşlı qızın toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
-
Sosial08:10Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
-
İdman07:15Neymar Nyu-york küçələrində sevgilisi ilə belə gizləndi - FOTO/VİDEO
-
Magazin206:46Burakın alacağı qonorar heyrətləndirdi
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı









.jpg)

















.webp)









