Magazin1
Zamiq sirrini onlara açdı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonağımız var” layihəsi çərçivəsində tanınmış müğənni Zamiq Hüseynovla görüş təşkil edilib.
Publika.az xəbər verir ki, öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra aparıcı tədbiri açıq elan edib.
Əhali estrada ulduzunu izdihamla qarşılayıb. Həyat və fəaliyyətindən, 8 yaşından sonra çətin başlayan keşməkeşli sənət yolundan və əldə etdiyi uğurlarından söhbət açan Zamiq, uğurun əsl sirrini çəkdiyi əziyyətə bağlayıb. Pop ulduz tamaşaçılarının ona ünvanladığı maraqlı sualları da çox səmimi cavablayıb.
Sevənləri Zamiqdən 183 nömrəli məktəbin məzun günündə çıxış etməsini, həmçinin çox sevilən “Kaman” nəğməsini onlar üçün canlı ifa etməsini istəyib. Sənət kumirləri soruşulan Hüseynov, həmçinin hər verilişə qatılmadığını, bundan əlavə övladını vətənpərvər ruhda, milli dəyərlər aşılayaraq böyütdüyünü də dilə gətirib.
Müğənni “Mən səni sevirəm”, “Əvəzsizim, “Var ol”, “İfadə”, “Kaman” kimi sevilən mahnılarını səsləndirib.
Sonda görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə Zamiqin ifasında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.
-
Magazin206:16Güllünün qızı bütün ittihamları RƏDD ETDİ
-
Magazin205:15Türk serial tarixində bir ilk - FOTO
-
Yaxın Şərq04:44Livan-Suriya sərhədində TOQQUŞMA
-
Sosial02:12Azərbaycanda broyler yumurtaları da BAHALAŞDI - VİDEO
-
Hadisə00:30Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz görüşlər gündəminizi dəyişə bilər
-
Avropa14 Dekabr 22:48Fiko Ukraynanı qara dəliklə müqayisə etdi
-
Əmlak14 Dekabr 22:36Bakının məşhur universitetində SÖKÜNTÜ BAŞLAYIR











.jpg)








.jpg)
















