Avropa
Sidney terrorunda yaralananların sayı 40-a çatdı
Sidney çimərliyində baş verən atışma nəticəsində ən azı 40 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə Yeni Cənubi Uels polisin məlumat verib.
Hüquq-mühafizə orqanları hazırda hadisəni araşdırır. Atışma yerində üç odlu silah aşkar edilərək götürülüb.
Yeni Cənubi Uels Səhiyyə Naziri Rayan Park yaralılar arasında dörd uşağın olduğunu açıqlayıb. O, qurbanların müxtəlif dərəcəli xəsarətlər aldığını qeyd edib .
Nazirin sözlərinə görə, çimərlikdə atışma barədə məlumat yayıldıqdan dərhal sonra 100-dən çox təcili yardım işçisi, ixtisaslaşmış bölmələr və ümumi praktikantlar yaxınlıqdakı xəstəxanalara səfərbər edilib.
Dekabrın 14-də Sidneydəki Bondi çimərliyində Hanuka bayramı şənlikləri zamanı iki kişi kütləyə atəş açıb. Tədbirdə təxminən 2000 yəhudi icmasının üzvü toplaşıb. Polis atışmanı terror aktı kimi qiymətləndirib. Mediada yayılan məlumatlara görə, hücum bir neçə aydır planlaşdırılırmış.
Hüseyn İbadlı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
















.png)
.jpg)



















