Hadisə
Polkovnik Ramaldanovun AİLƏSİNDƏ FACİƏ - 2 qohumu həlak oldu
Xəbər verdiyimiz kimi, Qusarda 2 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində həlak olanlardan biri polkovnik Elman Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanovadır.
Publika.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov "Facebook" hesabında yazıb.
"Əziz dostlar! Hörmətli media mənsubları!
İndi yazacağım qeydlərin hər birinizə aidiyyatı var. Ona görə ki, hərbçilər arasında məhşur Ramaldanovlar ailəsi kimi tanıdığınız və mənim döyüş komandirim olmuş Şair Ramaldanovun ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Ramaldanov qardaşlarından biri olan hörmətli polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonunun Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. Nə qədər ağır olsa da bunu sizə bildirməliyəm ki, ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişib.
Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.
Komandirdən aldığım məlumata əsasən mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək.
Bu qeydlərimi sizin diqqətinizə ona görə çatdırmağı özümə borc bilirəm ki, əziz komandirimiz Şair Ramaldanov və Silahlı Qüvvələrin tanınmış və hörmətli zabitlərindən biri olan polkovnik Elman Ramaldanovu bu ağır dəqiqələrdə tək buraxmayaq və onların dərdinə şərik olaq.
Allahdan Ramaldanovlar ailəsinə səbr, dözüm diləyirəm və faciəvi şəkildə dünyasını dəyişmiş əzizlərinə rəhmət arzulayıram", - deyə o bildirib.
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...








.jpg)





























