Günel bədənşəkilləndirmə əməliyyatından sonra ilk dəfə - FOTO
Bizi izləyin

Magazin1

Günel bədənşəkilləndirmə əməliyyatından sonra ilk dəfə - FOTO

Müğənni Günel Ələkbərova plastik əməliyyatdan sonra ilk dəfə görüntülənib.

Publika.az "Axşam.az"a istinadən xəbər verir ki, sənətçi bədənşəkilləndirmə əməliyyatı etdirib. Günel hər zaman açıqlamalarında bu formada bədən quruluşu etdirənləri lağa qoymasına baxmayaraq, özü də eynisini etdirməsi ilə diqqət çəkib.

O, artıq çəkidən xilas olub, belini incəldib və ombasını böyütdürüb.

Qeyd edək ki, Günel bir müddət əvvəl bu cür əməliyyat olunanları "ana qarışqa" adlandırmışdı. "Camaat lüt gəzir. Bizim adımız çıxıb. Əksəriyyəti elə bil ana qarışqadır. Hamısının beli bir damcı, ombaları nə boyda. Əməlli yük daşıyırlar" deyə, o, açıqlamasında söyləyib.

Sənətçi əməliyyatdan sonra "Xəbərin var?" proqramına qatılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm