Magazin1
Cavanşirin vəsiyyəti: kostyumda dəfnə din necə baxır? - İlahiyyatçı açıqladı
Əməkdar artist Cavanşir Məmmədovun vəfatı ilə iki ay öncə dəfni ilə bağlı efirdə etdiyi vəsiyyətin gündəmə gələsi müzakirələrə səbəb olub.
Publika.az xəbər verir ki, şəriətdə bir müsəlmanın kostyumla dəfninə istisnalarla, mərhumun vəziyyətinə görə icazə verilib-verilməməsi diqqət mərkəzindədir.
Bu barədə ilahiyyatçı Ağa Hacıbəyli Globalinfo.az-a deyib ki, bir insan vəfatından öncə hər hansı vəsiyyət edə, mal-mülkünün kimə qalmasını deyə, geyimdə dəfn olunmasını istəyə bilər; əgər insanın şəxsi istəkləri ənənələrə uyğun gəlirsə, məqbul sayılır, uğun gəlmirsə, həmin istək və tələb yerinə yetirilmir:
“Öz paltarında dəfn olunan yalnız şəhidlərdir, onlar öz geyimlərində Allahın hüzuruna göndərilə bilərlər. Onlardan başqa peyğəmbərlərin belə, bütün digər müsəlmanlar kimi, dünyəvi paltarları əyinlərindən çıxarılıb, kəfənli və cibsiz halda namazla, qüsulla bir yerdə axirətə göndərilirlər. İslamın qaydası budur”.
İlahiyyatçı paltarda dəfn edilmənin qadağan olunmasının izahını belə verib:
“Paltar bu dünyaya aidddir. Bir insan dünyasını dəyişən zaman artıq dünyaya bağlı olan geyimlərə, əşyalara son qoyulur. Orada kostyum, qalstuk, ayaqqabının rəngi, ziynət əşyaları və s. hamısı bədən üçün yükdür. Onların heç birinin adama xeyri yoxdur, əksinə, ziyanı var. Geyimlə dəfn olunmaq o deməkdir ki, “ey Allahım, sən belə istəmisən, amma mən sənin dediyin kimi istəmirəm, öz istəyimlə gəlməyə üstünlük verirəm”. Bu baxımdan da bilərəkdən belə etmək doğru deyil. Ona görə də dinimiz bunu caiz görməyib”.
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ
-
Region15 Dekabr 22:40Türkiyənin hava məkanını pozan PUA VURULDU
-
Nida Xəbər 15 Dekabr 22:28Bəylər Eyyubovun general qardaşı oğlu İŞDƏN ÇIXARILDI
-
Elm və təhsil15 Dekabr 21:47Nazir açıqladı: Bəzi məktəblər distant təhsilə keçə bilər
-
Sosial15 Dekabr 20:42“Şərurlu İsfəndiyar”ın geyimi gündəm oldu, qiyməti şok etdi - Azərbaycanda yoxdur
-
Magazin115 Dekabr 19:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO







.jpg)







.jpg)










.webp)










