Magazin1
Coşqu və enerji dolu Demet Akalın konserti - FOTO/VİDEO
Məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi "Anadolu Events” şirkətinin təşkilatçılığı ilə Türkiyənin sevilən pop ulduzu Demet Akalının Bakı Konqres Mərkəzində möhtəşəm solo konserti keçirilib.
Publika.az xəbər verir ki, müasir səhnə texnologiyaları, yüksək səviyyəli səs və işıq effektləri ilə müşayiət olunan konsert yüksək enerji ilə qarşılanılıb. Zala toplaşan tamaşaçılar pop musiqisinin kraliçasını böyük coşqu və alqışlarla qarşılayıblar.
Gecə üçün müğənnini dünyaca məşhur stilist Anar Ağakişiyev hazırlayıb. Konsertdə iki geyim dəyişən Demet Akalın səhnə geyimləri ilə tamaşaçıların xüsusi diqqətini çəkib.
Konsert ərzində Demet Akalın uzun illərdir dillər əzbəri olan hit mahnıları ilə yanaşı, son dövrlərdə təqdim etdiyi yeni ifalarını da səsləndirib. Bununla yanaşı, sənətçi bir sıra həmkarlarının repertuarından seçilmiş məşhur mahnıları da özünəməxsus şəkildə ifa edib.
Salonu dolduran tamaşaçılar müğənnini ayaqüstə alqışlayıb, mahnılara birlikdə qoşularaq konsertə xüsusi atmosfer qatıblar.




-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)














.jpg)













.jpg)

