Magazin1
“Vətəndaş A”nın söyüş qalmaqalı: “Gücləri çatmayanda...”
Son illər yerli seriallara ağız büzmək dəb halını alıb. Hətta keyfiyyətli iş ortaya qoyulsa da, cəmiyyət, xüsusən yaşlı nəsil ekran işini tənqid etməyə bir səbəb tapır. Son günlər müzakirə mövzusuna çevrilən "Vətəndaş A" serialı da bunun bir nümunəsidir. (Eyni nümunəni vaxtilə "Əqrəb mövsümü" serialında da görmüşdük.)
Bəziləri serialda istifadə edilən jarqonları, vulqar ifadələri sərt şəkildə qınayır, hətta bunu biabırçılıq adlandıranlar da çoxdur.
Seriallarda bu tip ifadələrin işlədilməsini dünya təcrübəsində tez-tez görürük, bəs niyə bu yerli seriallarımızda olanda qınanılır?
Publika.az xəbər verir ki, tanınmış aktyor Azər Aydəmir Yenisabah.az-a mövzunu bu cür şərh edib:
“Yüz faiz bu, tənqid xətrinə tənqid edilən hallardır. Yaşlı nəslin nümayəndələri müstəqil Azərbaycan formalaşanda onlara kimlərinsə verdiyi öz ictimai xadimlik pozisiyasını yenidən təsdiq etmək üçün bir fikir söyləməlidirlər. Çox təəssüflər olsun ki, bu fikirlər müasir və çox peşəkarcasına, regional səviyyədə istehsal olunan seriallarımızın başında çatlayır. Söhbət möhtəşəm “Vətəndaş A” , “Əqrəb mövsümü” və bu kimi digər seriallardan gedir. Mənə elə gəlir ki, tənqid ediləsi kifayət qədər kanal kontenti var. Onlardan biri də bu günlərdə gündəmdədir. Həmin şəxslərin gücü və avtoritet səviyyəsi həmin kanalları tənqid etməyə çatmayanda bu cür serialları hədəfə alırlar. Yekunda isə demək istəyirəm ki, mentalitet nədirsə, onları öldürəcək”.
Aktyor onu da qeyd edib ki, sözügedən tənqidlər həmin seriallara qətiyyən zərər vermir:
“Ola bilər ki, serialda hər hansı qeyri-etik ifadələrdən istifadə olunsun. Bu da həyatımızın reallığıdır. Həmin seriallar ideoloji olaraq Azərbaycan cəmiyyətini müalicə etmək üçün çəkilib yayımlanır. Əlbəttə, müalicə olunmaq istəməyən insanlar cəmiyyətimizi müalicə etmək istəyən yeni nəslə müqavimət göstərməyə çalışır. O da alınmayacaq. Çünki bizim məramımız, istəyimiz safdır və cəmiyyəti yaxşı formada aydınlatmağa xidmət edir”.
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI