Magazin1
"Bizim aramızda yalnız bir problem var - Cabbar Musayev"
Müğənni Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə aralarındakı incikliyin səbəbini açıqlayıb.
Publika.az xəbər verir ki, "Tarixin bir günü" verilişinə gələn T.Qumral onun mahnılarına belə qulaq asdığını deyib:
"Hər zaman Könül Kərimovanı çox istəmişəm. Hərdən ona qulaq asıram, kənardan mənə deyirlər ki, Könül səni istəmir, amma oturub onun mahnılarını dinləyirsən. Cavab verirəm ki, bu mahnıdır, ürəyim istəyir və səsi mənim kölnümə, ürəyimə yatır, qulaq asıram.
İndiyə qədər bir-birimizlə heç bir problem olmayıb. Bizim aramızda yalnız bir problem var - Cabbar Musayev. Cabbarla Musa (müğənni, həyat yoldaşı Musa Musayev - red.) danışmır. O da Cabbarın yanındadır. Ona görə də ondan qorxur".
T.Qumral aparıcı Tarix Əliyevin (Tolik) K.Kərimova ilə Şəmkirdə eyni məclisdə olmaları haqda sualına belə reaksiya verib:
"Orada maddiyyat və pul məsələsi var idi. Efirdə pul yoxdur. Ona görə də heç nə deyə bilmədilər. Əslində orada da əvvəl ev sahibinə şikayət edib, bizi istəmədiklərini deyiblər. Ev sahibi də deyib, sən kimsən ki, məclisimə müdaxilə edirsən? Sən yox, mən qərar verirəm".
Qeyd edək ki, Cabbar və Musa Musayev qardaşdır. Onlar uzun illərdir danışmırlar. Buna səbəb isə Musanın Təranə Qumralla ailə qurması olub. (axşam.az)
-
Magazin218:48Həmkarı ilə münasibətdə olduğunu etiraf etdi: “Nömrəni bilirsən”
-
Dünya17:03Bu gecə İranı vuracağıq - Tramp
-
Cənubi Qafqaz14:54Ermənistan KTMT-dən çıxacaq? – Paşinyan ilk açıqlamasını verdi
-
Magazin114:06"Əminəm ki, bu, son evliliyimdir" - 3 dəfə evlənən Rəvan
-
Region13:24Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək
-
İdman12:40“Real”ın ulduzu DÇ-yə bəy kimi gedir: Gəlin kimdir? - FOTOLAR
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib

































