Magazin1
"Tarkanı, Sibel Canı burada 50 minlik aparatla oxutdura bilməzsiniz" - Nadir Qafarzadə
"Deyirlər ki, filan dünya ulduzu stadionda necə ifa etdi. Sizin xəbəriniz var o aparatların nə qədər qiyməti var? Bəlkə də 10-15 milyonadır. Onunla mənim nənəm də oxuyar. Pıçıldadırsan, ağzından elə bil not tökülür".
Publika.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "İzzət şou"da qonaq olarkən deyib. İfaçı ölkədə isitfadə olunan səs aparatlarının keyfiyyətindən gileylənib:
"Azərbaycan müğənniləri doğrudan da güclü ifaçıdırlar. Çünki ən pis aparatla belə oxuyurlar. Amma siz Tarkanı bura gətirib onunla oxutdura bilməzsiniz. Oxuya bilməyəcək. Ya da Sibel Canı gətirib de ki, aparatımız 250 yox, 50 minlikdir. Deyəcək ki, oxumuram. Meladze, Puqaçova da həmçinin. Onların komandası əvvəlcədən gəlib yoxlayırlar. O aparatlarla hamı oxuyar.
Bu yaxınlarda rayonların birində idim. Vəziyyətə görə aparat elə idi, məcbur da etmək olmur, imkan odur. Məcbur oxudum. Sonda mənə dedi ki, "əjdahasan". Heç bir dünya ulduzu 2 saat toyda otura bilməz. Dəyər verin bizimkilərə. Bizim ən zəif ifaçımız onların ən yaxşı müğənnisindən güclüdür. Onun-bunun üçün ölməyin, bir az da bizim üçün. Arada bir "can" deyin".(Axşam.az)
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək











.jpg)












.jpg)













