Magazin1
İnsan alveri, dələduzluq, xuliqanlıq - İsmayılovların kriminal keçmişi
Bu gün dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova, eləcə də onun yaxın qohumlarının adları dəfələrlə müxtəlif cinayət işlərində hallanıb.
Publika.az İsmayılovların kriminal keçmişini təqdim edir.
2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Rəqsanənin bacısı Ellada İsmayılova 2 il müddətinə azadlıqdan məhrum edilib. E.İsmayılova Cinayət Məcəlləsinin 144-1.1-ci (insan alveri, yəni şəxsin alqı-satqısı və ya onun istismar edilməsi məqsədilə dövlət sərhədindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, gizlədilməsi, verilməsi), maddəsi ilə ittiham olunmuşdu.
R.İsmayılovanın anası Adilə Həsənovaya qeyd olunan cinayət işi ilə bağlı 1 il sınaq müddəti olmaqla şərti cəza verilmişdi.
2014-cü il mayın 30-da isə ifaçının bacısı Ellada İsmayılovanın oğulları - Tural, Turan və İlqar Səfərovlar polis tərəfindən saxlanılıb. Onların saxlanmasına səbəb isə Bakının Nərimanov rayonunun Çermet qəsəbəsində, 93 saylı məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü ilə qəsəbə sakinləri arasında baş verən davada iştirakları göstərilmişdi.
2017-ci ildə insan alverində ittiham olunaraq dəmir barmaqlıqlar arasına salınan prodüser Təranə Səmədova həbs edilməsində Rəqsanə İsmayılovanı günahlandırmışdı. Müğənni prodüserin ittihamlarını rədd etsə də, onun Təranə Səmədovanın böyük qızını himayəsinə götürməsi müəyyən şübhələr doğurmuşdu.
2023-cü ilin aprelində mətbuat Rəqsanə İsmayılovanın vətəndaşlara qarşı dələduzluq etdiyini yazırdı. Həmin dövrdə onun saxlanılması barədə informasiyalar yayılsa da, sonradan təsdiqini tapmadı.
2024-cü ilin aprelində də müğənninin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə məlumatlar yayılsa da, müğənni bunu təkzib etmişdi.
Amma müğənni bu dəfə barəsində yayılan xəbərləri təkzib edə bilmədi. Çünki xəbərlər mətbuata çıxanda artıq müğənninin barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Bu gün - 16 avqust 2025-ci ildə yaılan məlumata görə, Sabunçu polisi daxil olan şikayətlər əsasında dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızını saxlayıb. İttihama görə, o, iki nəfərin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Müğənninin barəsində "külli miqdarda ziyan vurmaqla dələduzluq etmə" maddəsi üzrə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. R. İsmayılovanın barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
-
Nəqliyyat05:15Bakıda süni sıxlıq yaradan avtomobillərlə bağlı tədbirlər görüləcək - Video
-
İdman02:43Növbəti hakim qalmaqalı: Tanınmış futbolçu ədalət istəyirdi, meydandan qovuldu - Video
-
Qoroskop00:45Günün ulduz falı: Sevgidə qərar anıdır...
-
ABŞ24 Aprel 22:32Pentaqon yaxınlığında faciə: 23 yaralı var - İdarənin əməkdaşları da xəsarət aldı
-
İqtisadi gündəm24 Aprel 20:48Bu şirkətin Azərbaycandakı filialı ləğv olunur - Görün səbəb nə imiş
-
Kriminal24 Aprel 19:10Abşeronda böyük əməliyyat: 17 nəfər saxlanıldı - Video
-
Nəqliyyat24 Aprel 18:40Bakıda axşam tıxacı
-
Sosial24 Aprel 17:17Prokurorluq Gəncə İH-də araşdırma aparıb? - MEDİA







.jpg)





.jpg)
























