Magazin1
Əməkdar artist Türkiyədə müalicə edilir - Heydər Əliyev Fondundan dəstək
Beş ildir ki dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanəndə, əməkdar artist Ehtiram Hüseynov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə üçün Türkiyədədir.
Publika.az xəbər verir ki, müalicə aldığı xəstəxanada Real TV- yə danışan xanəndə bu xəstəliyin müalicəsində yeni bir mərhələnin oıduğunu bildirdi. Kök hüceyrə vasitəsiylə MS xəstəliyinin irəliləməsinin qarşısını qismən almaq mümkündür. Bu əməliyyatı yerinə yetirməyə Azərbaycanın təbliğində xüsusu rolu olan, muğamımızın dünyaya tanıdılmasında müstəsna xidmətləri olan Heydər Əliyev Fondu dəstək olur. Xanəndəyə artıq kök hüceyrənin ilkin mərhələsi tətbiq olunub.
Xanəndə müalicəsinə verdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna xüsusi təşəkkür edib. Ehtiram Hüseynov qeyd edib ki, hər zaman Fondun dəstəyini öz üzərində hiss edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan televiziya muğam müsabiqəsinin qalibi olan Ehtiram Hüseynov 1980-ci ildə Laçında anadan olub.
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı


































