Magazin1
Nadir tənqid olundu: "Hamı düzdür, bir mən səhvəm..."
"Baxıram ki, bu ölkədə hamı düzdür, səhv edən bir mənəm".
Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə sosial media profilində "sənətkar" sözünü "sənəkar" yazdığına görə tənqid olunmasına reaksiya verərkən deyib.
O bildirib ki, bəzi adamlar gündəm yaratmaq üçün başqalarında səhv axtarır:
"Bu gün də gündəm mənəm. Amma həmin insanların özləri, həyatları bütünlüklə səhvdir. Onların yaşaması belə səhvdir. Bədbəxtdirlər. Təki mənim səhvim elə bir hərfdə olsun. Adamlar var bütün həyatları səhvdir. Normal həyatımı yaşayıram, başqaları kimi deyiləm. Heç olmaq da istəmirəm. Öz dünyam, ailəm, düşüncəm və həyat tərzim var".
Nadir Qafarzadə telefonla yazanda əksər şəxslərin səhv etdiyini vurğulayıb:
"İndi bir səhv etmişik, burada nə var ki, onu xəbərə çeviriblər. Mən yaxşı ifaçıyam. Yaxşı ifaçı da yaxşı sənətkar deməkdir. Səliqəli ifaçıyam, sovet məktəbi görmüşəm. Yaxşı ifaçılardan dərs almışam, onlarla birgə səhnə bölüşmüşəm. Səhnədə yaxşı ifaçılar mənə örnək olub. Xalq və bəstəkar mahnıları oxuyuram. Böyük kollektivlərlə işləmişəm, duetlərim var. Hamısı da sevilib. Əgər mən bunları bacarıramsa, deməli sənətkaram".
Xatırladaq ki, müğənni Nadir Qafarzadə tənqid olunub. Buna səbəb onun "Instagram" hesabında etdiyi dəyişiklik olub. Nadir Qafarzadə profilində "Sənətkar Nadir Qafarzadə" olaraq dəyişəndə "sənətkar" sözündə səhv edib və "sənəkar" yazıb.
-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək









.jpg)
.jpg)

























.jpg)
.jpg)