Magazin1
"Məndən küsdüyünü bilirəm, bütün körpüləri yandırdım"
"Niyə vaxtında sənin dəyərini, qədrini bilmədim, ay qız? Harada qaldı o əllə çəkilmiş kimi incə qaşların? İçi kədərlə dolsa da, sevgidən işıq saçan gözlərin? Harada soldurdun Gəncə laləsinə bənzər yanaqlarını? Hansı vaxt, hansı dərd bal süzülən nəğməli dodaqlarını buza döndərdi? İndi səni qəlbimdə min dəfə səsləyirəm. Amma sən məni eşitmirsən".
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Gənclik fotosunu bölüşən müğənni gənc yaşları üçün darıxmasından bəhs edib:
"Allaha yalvarıram, sanki dualarım da yolunu itirib sənə çata bilmir. Səni çox axtarıram, amma heç yerdə tapa bilmirəm. Məndən küsdüyünü bilirəm. Həm də çox pis küsmüsən. Ona görə nə qədər səni çağırsam da, artıq geri dönmürsən. Çünki sənə gələn bütün körpülərimi öz əllərimlə yandırmışam. İndi isə hər şəklinə baxdıqca gözlərim yanır, qəlbim param-parça olur. Səsini xatırladıqca ruhuma soyuq çökür. "Nə gəlməz oldun?" - deyə pıçıldayıram. "Biri sənsən, biri mən..." deyirəm. Amma sən harayıma da, səsimə də cavab vermirsən. Bəzən sənə, sənli illərimə qayıtmaq üçün hər şeydən keçmək istəyirəm. Amma yenə də dönüb itirdiyim sevgimin xarabalığında, xəcil bir durna kimi çırpına-çırpına qalıram. Bir gün o yollar da səni məndən ayırdığına görə çox ağlayacaq. Çünki o yollar da, Allah da hər şeyin şahidi idi. Və o yolların özü də mənim kimi sənsizlikdən öləcək.
Əlvida, Arazın o tayından mənə baxan qız. Daha səni səsləməyəcəyəm. Nə sənə yazacağam, nə də yolunu gözləyəcəyəm. Çünki anladım ki, sən məni özünlə aparmayacaqsan. Əgər aparacaqdınsa, çoxdan göndərməzdin. Olsun. Mən sənsiz qalanda da ayaqda dura bildimsə, demək bundan böyük dağlara da sinə gərə bilərəm. Amma hərdən kövrəlib səni xatırlasam, gözlərim dolsa, ürəyim sızlasa məndən incimə. Çünki bəzi sevgilər bitmir, sadəcə, susur...".
Qeyd edək ki, A.Haşımova ötən gün xəstəxanadan görüntü yayımlayaraq, səhhətində problem yarandığını bildirib.

-
Hadisə02:19Səfirliyimiz önündə iranpərəstlər təxribata cəhd etdilər
-
Qoroskop00:27Günün ulduz falı: Pul məsələlərində diqqətli olun!
-
Nəqliyyat30 Oktyabr 20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa30 Oktyabr 19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 30 Oktyabr 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 30 Oktyabr 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB30 Oktyabr 16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB30 Oktyabr 14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək









.jpg)
.jpg)

























.jpg)
.jpg)