Magazin1
Nəfəsə görə Manaf Ağayev və Aqşin Fateh bir-birinə meydan oxudu
Müğənni Manaf Ağayev və meyxanaçı Aqşin Fateh arasında gərginlik yaşanıb.
Publika.az xəbər verir ki, Manaf Ağayev “Öz aramızda” verilişində Aqşin Fatehə sərt ismarıc göndərib. Buna səbəb isə meyxanaçının “Tarixin bir günü” proqramında səsləndirdiyi fikirlər olub.
Aqşin Fateh həmin verilişdə bildirib ki, heç kimə vəkillik etmir, sadəcə dostunu müdafiə edir:
“Manaf Ağayevi muğama və sənətə dəyər verən insan kimi tanıyıram. Lakin Nəfəs haqqında danışarkən "O, "Şahnaz" muğamı oxuyarsa, səhnədən gedəcəm" deməli deyildi. Demirəm Nəfəs mükəmməl oxuyacaq, amma onu başqa yöndə inkişaf etdirəcək.
Manaf bəyin xətrini çox istəyirəm. Mən heç kimə vəkillik etmirəm. Sadəcə, dostum haqqında kimsə nəsə deyirsə, ona müdaxilə etməliyəm. Nəfəsin gücü hara qədər çatırsa, ora qədər də oxuyacaq”.
Bu açıqlamaya cavab olaraq Manaf Ağayev deyib:
“Qabağındakı uşaq deyil. 62 yaşım var. Sənin başın üçün deyil məndə səhv tutmaq.
Aqşinlə işim yox idi, amma bundan sonra olacaq. Musiqini bilməyən "Şahnaz" muğamından danışır. Dostlarım da ayağa qalxsa, bunun qarşısında necə duracaqsan?!
Biz musiqi davası edirik. Sən muğam bilirsən?! Sənin muğamdan danışmağın, mənim meyxanadan danışmağım kimidir. Bir daha deyirəm: Nəfəs "Şahnaz"ı oxusa, mən sənətdən gedəcəyəm. Oxuya bilməsə, sən də meyxanadan get.
Nəfəsin də xətrini çox istəyirəm, amma bu muğamı oxuyan təkcə Xan əmidir. Oxusa, biri də Nəfəs olacaq”.
Aqşin Fateh də müğənninin sözlərinə cavab verib:
“O, efirdə çox başından yuxarı danışıb. Manaf Ağayev deyib ki, Aqşinə "Şahnaz" muğamı oxutduracağam. Mən də sənə səhərə qədər əruz bəhrində meyxana dedirdəcəyəm. Yaşına və sənətinə hörmətlə yanaşıram. Qaldı ki mənimlə işinin olmasına, o da olacaq. Efirdən sonra da zəng vurdum, danışdıq. Bundan sonra bu mövzu nə efirdə, nə də başqa yerdə müzakirə olunsun. Özüm oturub onunla üz-üzə danışacağam”.(Yenisabah.az)
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar


































