Magazin1
"Qızımın 23 yaşı olacaq, elçilər gəlmir" - VİDEO
"Elə şeylər yazırlar ki... Elə diqqətlə yanaşırlar ki, sənin görmədiyini yazırlar. Evimlə bağlı görüntü yayıldı. Hamı yazdı, tənqid etdi. Biri şərh yazmışdı ki, adam 41-45-ci ildən oxuyur, olmasın?"
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Qonaqcanlı" verilişində deyib. Müğənni yazılan şərhlərdən danışıb.
V.Məhərrəmli qızı Əfşanla bağlı sualları cavablandırıb. O bildirib ki, övladı onun haqqında efirdə danışmasına qadağa qoyub:
"Özümü dünyanın ən xoşbəxt adamı hiss edirəm. Çünki sağlam övladım var. Əgər övladın səhər oyanır, özü əl-üzünü yuyur, özü məktəbə gedirsə buna şükür etmək lazımdır. Allah heç bir valideyni övladla imtahana çəkməsin. Göz önündə övlad əziyyət çəkir, hər hansı bir məhdudiyyəti var, ata-ana onunla bərabər əriyir. Amma övlad sağlam olanda özünü varlı adam hiss etməlisən.
Qismətini Allah yazmalıdır. 11-12 yaşdan sonra qız övladını paylaşmaq olmaz. Mən də 12 yaşına qədər qızımı efirə apardım, paylaşdım. Qız həddi buluq yaşına çatandan sonra sən onu efirə çıxartsan, toya aparsan, artıq başqa mövzular ortaya çıxar. Başlayırlar deməyə ki, qızını göstərir ki, kimsə bəyənsin, ərə getsin. Qızımın 15 yaşı olanda Manaf Ağayevin övladının toyuna getdik. Nazilə Səfərli gəldi dedi ki, qızını toya çıxartmısan? Dedim, bu nə sözdü? Qayıtdı ki, bizdə belə deyirlər. Dedim, qızıma tezdir.
Qızımın 23 yaşı olacaq. Elçilər gəlmir. Mənim heç bir kriteriyam yoxdur. Qızım sevməlidir. Əslində xoşlamır bu haqda danışmağı. Qızım irad tutacaq ki, danışma, hər dəfə demişəm. Qızı özbaşına qoyanda ya halvaçıya, ya zurnaçıya gedər. Əsas dua edirəm ki, balalarımın qabağına yaxşı adam çıxsın. Bir-birini sevsin, ürəkləri getsin. Oğlanın pul, var-dövləti yox, savadı, zəkası, perespektivi olsun. Atasının pulu var, oğlan evdə oturub, iş görmürsə, ona qız vermək lazım deyil. Sabah ata öləndə nə edəcək?" (axşam.az)
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)














.jpg)













.jpg)

