Magazin1
Röya Balaəlinin xanımını belə təbrik etdi - VİDEO
Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar yaşanıb.
Publika.az xəbər verir ki, veriliş zamanı ona kim tərəfindən gül göndərildiyi soruşulub və pop ulduz göndərənin meyxanaçı Balaəli olduğunu düzgün təxmin edib.
Məlum olub ki, Balaəli həyat yoldaşının ad günü olduğu üçün efirə şəxsən gələ bilməyib. O, ənənəsinə sadiq qalaraq Röyaya növbəti dəfə çiçək dəstəsi göndərib. Röya isə bu jestə qarşılıq olaraq sənətçinin xanımına səmimi sözlərlə təbrik ünvanlayıb.
Sənətçi efirdə belə deyib:
Açıq şəkildə sənə bir söz deyim ki, ürəyimdə qalmasın. Məni küçədə saxlayanda deyirdilər ki, "bir gözəlliyin də yoxdur, çirkinsən", amma nə boyda ürəyin var. Allah bəlkə, birini yaraşıqlı yaradar, ondan çox gözəl şeyləri alar. Bizdən isə bəzi gözəllikləri alıb, amma o qədər böyük sevgi verib ki... Mən səni təbrik edirəm, mənim gəlinim, gözəlim. Balaəli əzizdir, xanımının da gözümüzün üstündə yeri var. Ad günün mübarək!".
Röya həmçinin zarafatla əlavə edib ki, Balaəli onu o qədər "güllər yağışına tutub" utandırır ki, gələcəkdə meyxanaçının qızının toyunda bütün məkanı güllərlə bəzətməyə söz verib.(Milli.az)
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)














.jpg)













.jpg)

