Magazin1
Rəqsanə həbsdə kitab yazıb: “Quranı, Tövratı, Bibliyanı oxudum”
Ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova həbsdə olduğu müddətdə kitab yazıb.
Publika.az xəbər verir ki, “Çərçivədən kənar” verilişində bu və digər başına gələn hadisələr haqqında danışarkən müğənni ağlayıb:
“Elə bil yuxuda idim. Danışmaqla olmur, yaşamaq lazımdır. Çox çətin idi. Orada elə insanları gördüm ki, düşündüm, mən bunların yanında kiməm? Heç bir qadına arzu etmirəm. Ora qadın yeri deyil.
Təcridxanada saxlanılırdım. Birdən-birə hər şeydən məhrum oldum. Orada kitab yazdım, yanvar ayında çap olunacaq. Adı “Müəllimə”dir. Arzu edirəm ki, heç bir qadın orada olmasın. Həbsxanada hər kəs övlad həsrəti çəkir. İlk dəfə balalarımı görəndə dilləri tutuldu, mənimlə danışa bilmədilər. Bəzi şeylər var ki, danışa bilmirəm”.
Müğənni bildirib ki, məhkəmə ona mart ayına qədər möhlət verib:
“Fazil müəllim (əri - red.) 3 ayda uşaqların yanında olub. İşin bütün görünməyənlərini o edib. Mart ayına qədər vaxtımız var. Ödənişin qalanını o müddətə qədər etməliyik. Pulun 100 min manatını qızım Aysun ödəyib, qalan ödənişi də Faizil bəylə birlikdə verəcəyik. Dəvətlər də alıram artıq. İnşallah, hər şey tezliklə bitəcək.
Mən orada düşündüm ki, hər şeyim var idi, amma Allahı unutmuşdum. O məni bura saldı ki, xatırlayım. Mənə səslənirdi ki, sənə 4 övlad, ev, yaşayış, hər şey vermişəm, yenə də məni unutmusan, qapıma gəlmirsən. Orda hər gün səcdədə oturdum, Allahdan kömək istədim. Onun buyurduqlarını unutmağımın cəzası idi bütün bunlar. Orada özümə söz verdim ki, bir günümü də Allahsız keçirtməyəcəm”.
İfaçı əlavə edib: “Quranı, Tövratı, Bibliyanı oxudum. Bu müddət ərizndə 300-ə yaxın kitab bitirdim. İndiyə kimi çox böyük səhvlər etmişəm. Etdiyim yaxşılıqları əsəbiləşəndə insanların üzünə vurmuşam. Etməməli idim. Qəlb də qırmışam. Bir insanın qəlbini qırmaq, ahını almaq olmaz. Bunları yaşadıqdan sonra daha çox yaşa doldum. 46 yaşım var, amma özümü 55 yaşımda hiss edirəm.
Mart ayına qədər hər şeyi yoluna qoyub, Heydər Əliyev Sarayında konsert verəcəm. Yanvar ayında da sevənlərimlə görüş təşkil edəcəm. Bundan sonra hər kəs fərqli Rəqsanə görəcək”.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.(“Yeni Sabah”)
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)














.jpg)













.jpg)

