Magazin1
"Oğlumla küsülüdür, mənə də salam vermir" - Aşıq Zülfiyyə
Aşıq Zülfiyyə "Öz aramızda" verilişində Əməkdar artist Babək Niftəliyevə yönəltdiyi iradla diqqət çəkib.
Publika.az xəbər verir ki, sənətçi canlı efirdə xanəndənin həm ona, həm də həyat yoldaşına qarşı göstərdiyi hörmətsizlikdən danışıb.
Aşıq Zülfiyyə bildirib ki, baş verən hadisə onu məyus edib:
"Ərim gəlib aşağıdan onunla görüşüb. Mən də səhnədə mikrofonla bildirdim ki, dəyərli sənətkarımız qonaqdır, Babək müəllim də razılığını göstərdi. Sonra zəng etdim ki, niyə tez getdiniz? Dedi ki, oğlumdan inciyib. Giley elədi ki, mənə salam verməyib. Pisimə o gəldi ki, İlham Mirzəyevin anasının ad günü idi, hamı yan-yana oturmuşduq, gəldi hər kəslə görüşdü, ancaq bizimlə yox. Mən də pis oldum. Sən mənə və ərimə hörmət qoymursansa, övladımı niyə qatırsan?"
Hadisə ilə bağlı sənətçinin oğlu da açıqlama verib və yaşananlara aydınlıq gətirib. O, iddiaları belə cavablandırıb:
"Mən restoranda sintezator ifaçısıyam. Alətdə ifa edəndə kim gəlirsə-gəlsin, ayağa qalxıb masaya gedib görüşə bilmərəm. Hətta ifa bitsə belə, sonradan yaxınlaşıb görüşmək imkanım olmur, çünki ailə və ya dostlarla gəlirlər. O cür situasiyada yaxınlaşmağa ixtiyarım yoxdur. Musiqiçilərə səslənirəm: mənimlə problemləri varsa, özümə desinlər. Arxamca Zülfiyyə xanıma və ya atama zəng etmək lazım deyil".
Tərəflər arasında yaranan anlaşılmazlıq sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.(Milli.az)
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO
-
MDB24 Avqust 16:55Ukraynada yeni Maydan olacaq? - SENSASİON SSENARİ







.jpg)














.jpg)













.jpg)

