Magazin1
Günaydan keçmiş ərinə: İnsafın olsun, övladının sağlamlıq problemi var
Türkiyədə yaşayan model Günay Musayeva övladı Cahangirin atası, aktyor Tolqa Kareldən şikayət edib.
Publika.az xəbər verir ki, "Biz bize" verilişinə qatılan model övladını xaricə apara bilmədiyini deyib. O bildirib ki, övladının səhhətində problem yaranıb, onu İngiltərədə həkimə aparmaq istəyib, amma Tolqaya görə alınmayıb. Buna səbəb isə Tolqanın uşağı ilə bağlı mesajlara reaksiya verməməsi, ölkədən çıxışı üçün lazım olan icazə kağızını imzalamamasıdır.
Günay proqramda Tolqaya səslənərək, övladının arzusunu gerçəkləşdirmək üçün bu addımı atmasını istəyib:
"Bu haqda danışmaq istəmirdim. Amma buna məcburam. Övladımın xəyalı üçün etməliyəm. Şengen və ya başqa viza, Cahangirin ölkədən çıxışı üçün atadan icazə kağızı almaq lazımdır. 5 ildir bunun üçün çalışırıq, amma gəlmir. Cahangir xəstələndi, onu İngiltərəyə aparmalı idim, həkim danışdım. Yenə atası ilə əlaqə saxladım, məsələni izah etdim, dedim, sağlamlığı üçün bunu et. Amma cavab vermədi. Cahangirin xəyalı "Disneyland"ə getməkdir. Həmişə deyir ki, məni də apar. Sonda oturub ona izah etdim ki, belə məsələ var, 18 yaşını gözləməliyik.
Cahangir atasına özü səsli mesaj atdı ki, mənim xəyalımdır, icazə kağızını imzala. Ona belə cavab vermədi. Buradan ona səslənirəm. Ondan maddi və mənəvi heç bir istəyim olmadı. Cahangirlə bu mərhələləri keçdik. Uşağımın xəyalını gerçəkləşdirmək istəyirəm, sənəd versin. Dörd övladı var, beşincini unudub. Bizim üçün problem deyil. Buradan səslənirəm, Cahangiri oğlu kimi görməsin, adi bir uşağın xəyalını gerçəkləşdirdiyini düşünsün. Bunun üçün səfirliyə gedib və bir imza atacaq. 5 dəqiqə vaxtın gedəcək. Öz uşağın kimi etmə, başqa bir uşağa yardım kimi düşün".
Günay qeyd edib ki, övladı ilə yanlız Azərbaycan və Gürcüstana gedə bilir:
"Bu zaman belə problemlər yaranır, amma tanıdıqları üçün kömək edirlər. Oğlum dünyanı gəzmək istəyir, xəyalı var. Bəlkə 18 yaşı tamam olanda bunu istəməyəcək. Yeni ildə onu aparmaq istəyirəm. Nə edirəm olmur. İnsafa gəlsin... Sağlamlıq problemləri var, onunla belə maraqlanmır. Mesajları oxuyur, amma cavab vermir".
Qeyd edək ki, aktyorun ilk evliliyi Günay Musayeva ilə olub. Onların Cahangir adlı oğulları var. Günay və Tolqa 2015-ci ildə ayrılıb. Aktyor ikinci dəfə ailə qurandan sonra ABŞ-a köçüb. Tolqanın bu evliliyindən daha 5 övladı var.(Axşam.az)
-
Magazin203:4353 yaşında gənc qızlara meydan oxuyur - FOTO
-
Region02:12Zelenski Qafqaz ölkələrinə HHM sahəsində əməkdaşlıq təklif etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ağıllı addımlar sizə uğur gətirəcək.
-
Magazin123 Aprel 23:12Xalq artisti qızı ilə bağlı sosial şəbəkədə nə yazıb?
-
Magazin123 Aprel 20:36"Yaxşı ki, övladım 2-ci evliliyimdən oldu"
-
İKT23 Aprel 19:12İTV-yə yeni baş direktor axtarılır
-
Hadisə23 Aprel 18:24Yol polisi xəsarət alan piyadanı xilas etdi
-
Nəqliyyat23 Aprel 18:12Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu marşrut nağdsız ödəniş sisteminə keçir

















.jpg)


















