Magazin1
"O mahnı bacımın məzarı üstündə yaranıb, yaramdır, DƏYMƏYİN!"
Xalq artisti Könül Xasıyeva canlı efirdə etdiyi duyğusal açıqlama ilə diqqət çəkib.
Publika.az xəbər verir ki, xanəndə həmkarlarına müraciət edərək məşhur mahnılarından biri ilə bağlı xahişini dilə gətirib.
Sənətçi bildirib ki, "Sən gedəndən iki gözüm ağlar qalıb" sözləri ilə başlayan mahnının həm söz, həm də musiqi müəllifi özüdür. Könül Xasıyeva həmin əsərin onun həyatı ilə bağlı ağır bir ağrı üzərində yarandığını deyib:
"Mən dəfələrlə demişəm ki, o mahnı dünyadan vaxtsız, 39 yaşında gedən bacımın məzarı üstündə yaranıb. Həmin mahnını ilk dəfə elə oradaca ifa etmişəm".
Xalq artisti qeyd edib ki, çox sayda müəllifi olduğu mahnılar var və ifaçılar onları sərbəst şəkildə oxuya bilərlər. Lakin sözügedən əsərin onun üçün xüsusi mənəvi yük daşıdığını vurğulayıb:
"Yazdığım mahnılarım çoxdur. Xahiş etmişəm ki, sosial şəbəkədə götürüb onları oxuyun, amma o mahnıya dəyməyin. O mənim yaramdır".
Xasıyeva həmin çətin dönəmdə mərhum şair Bəxtiyar Vahabzadənin sözləri ilə təsəlli tapdığını da bildirib.
Sənətçinin emosional açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici onun hisslərinə hörmətlə yanaşaraq paylaşımına dəstək ifadə edib.(Milli.Az)
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”




































