Magazin1
Naibə Allahverdiyevanın adından dələduzluq - VİDEO
Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə onun adından dələduzluq edildiyini açıqlayıb.
Publika.az Axşam.az-a istinadla xəbər verir ki, aktrisa naməlum şəxslərin süni intellekt vasitəsilə onun səsini təqlid edərək insanlardan kart məlumatlarını əldə etməyə çalışdıqlarını bildirib:
"Məni tanıyanlar, dostlarım və qonşularım, diqqətli olun. Bir-iki saat əvvəl aktrisa həmkarlarımdan biri mənə zəng vurdu və dedi ki, guya vatsap vasitəsilə ona yazmışam. Mesajda deyilirdi ki, hansısa mağazanın 22 illik yubileyi münasibətilə dost siyahısında olan insanlara 500 min manat hədiyyə edilir. Bunun üçün də mənim adımdan kart məlumatları istənilir.
Hətta səsimdən də istifadə ediblər. Süni intellekt vasitəsilə səsimi hazırlayıb göndəriblər. Mənim isə bundan heç bir xəbərim yoxdur. Bəxtəvər başıma, 500 min".
N.Allahverdiyeva əlavə edib ki, özü də əvvəllər oxşar dələduzluq cəhdinin qurbanı olub:
"Bir dəfə də sosial şəbəkədə bir televiziya işçisi mənə nəyisə təsdiqləməyi yazmışdı. Mən də etdim. Nəticədə həm feysbuk, həm də instaqram hesabım bağlandı. Sonra gördüm ki, mənim adımdan insanlardan müxtəlif şeylər istəyirlər. Bilin, sizə mənim adımdan mesaj göndərilsə inanmayın".
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR








.jpg)











.jpg)

.jpg)














.jpg)