Magazin1
Afaq Bəşirqızı: "Evləndiyim günün səhəri polis gəlib kişini apardı"
Xalq artisti Afaq Bəşirqızı şəxsi həyatı ilə bağlı maraqlı xatirələrini bölüşərək həyat yoldaşı ilə tanışlığının necə başladığını danışıb.
Publika.az Milli.Az-a istinadla xəbər verir ki, aktrisa bildirib ki, həmin dövr onun həyatının ən çətin mərhələlərindən biri olub. O, İncəsənət Universitetində təhsil aldığı illərdə tanınmış şəxslərin övladlarının paytaxtda işləməsinə məhdudiyyət qoyulduğunu, bu səbəbdən isə Sumqayıt Teatrına işə düzəldiyini söyləyib.
Afaq Bəşirqızının sözlərinə görə, gələcək həyat yoldaşı ilə ilk qarşılaşmaları isə heç də xoş başlamayıb.
"Biz nahardan qayıdırdıq. Elə bildim ki, mənə söz atıb. Yeni çanta almışdım, üç aylıq maaşımla hissə-hissə ödəyəcəkdim. Çantamla onu vurmaq istəyəndə çantanı havada tutdu və cırdı. Aramızda böyük mübahisə yarandı, hətta iş polisə qədər gedib çıxdı. Üstündən 40 ildən çox keçib, amma hələ də sübut edə bilmirəm ki, mənə söz atmışdı, boynuna almır", - deyə aktrisa gülərək bildirib.
Sənətçi daha sonra evliliklərinin ilk günündə yaşanan maraqlı hadisəni də xatırladıb. O bildirib ki, toylarının səhəri həyat yoldaşı polis tərəfindən aparılıb.
"Evləndiyim günün səhəri gəlib kişini apardılar. Hamı məndən xahiş edirdi ki, şikayət ərizəmi geri götürüm. Amma unutmuşdum. Sonra cəriməmizi ödədik, ərimi də buraxdılar", - deyə Afaq Bəşirqızı əlavə edib.
Xalq artistinin illər sonra danışdığı bu maraqlı həyat hekayəsi sosial şəbəkələrdə izləyicilərin marağına səbəb olub və müxtəlif reaksiyalarla qarşılanıb.
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop21 Sentyabr 12:54Bu 3 bürc üçün şanslı günlər başladı







.jpg)










.jpg)


















