Magazin1
"Son nəfəsində xahiş etdim ki, nə olar, məni sevdiyini de" - Yaşar Nurinin həyat yoldaşı
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva onunla bağlı maraqlı açıqlamalar verib.
Publika.az xəbər verir ki, Rəhimə Nuriyeva "Bakı gündəliyi" proqramında aktyorla tanışlığından və ailə həyatından danışıb. O bildirib ki, sevgi ilə ailə qurmayıblar, onları valideynləri tanış edib:
“Biz "Sovetski" məhəlləsində yaşamışıq. Onun valideynləri məni ona məsləhət görüblər, deyiblər, rahat insandır. O da üç gün arxamca gəzib, məni yoxlayıb. Ondan sonra görüşdük. İlk görüşə qısa ətək geyinmişdim. Dedi ki, get əyinini dəyiş, gəl. Getdim, dəyişdim. Yolu keçəndə səhv etdim, üstümə qışqırdı. Onda anladım ki, çətin adamdır.
Amma ailə qurandan dünyasını dəyişənə qədər mənim üstümə qışqırmayıb. Ona rahat olmayan heç nəyi etməmişəm. Amma od püskürürdü. Evə girəndə yalandan hay-küy yaradırdı.
Bizim münasibətimizdə sevgi olmayıb. Bizim vaxtımızda əsasən ailə səni təqdim edirdi. Həmin vaxt konservatoriyada oxuyurdum, fərqli geyinirdim.
Amma son anında onu qucaqladım və dedim: “De, səni sevirəm”. Cavab verdi ki, “Ayıbdır, bəsdir”.(Axşam.az)
-
Yaxın Şərq10:18Qüds ermənisi haray çəkdi: Biz tualet deyilik, dayanın
-
Rəsmi xronika09:40İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanladı
-
Sosial09:30Bakının bu ərazisində evlər söküləcək - VİDEO
-
ABŞ09:00ABŞ nüvə sualtı qayığı ilə bağlı yeni qərar verdi
-
Avropa08:36Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
-
Avropa07:47Bu adada 8,5 milyon illik kərgədan kəlləsi tapıldı
-
Magazin106:16Nübar bu kanalda çalışacaq
-
Art05:45Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın









.jpg)

























