Nida Xəbər
Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işinə görə üzərinə həbs qoyulan iki əmlakla bağlı yeni qərar çıxarılıb.
Publika.az Xitab24.az-a istinadən xəbər verir ki, söhbət keçmiş oliqarx Hafiz Məmmədovun oğlu Kənan Məmmədova məxsus mülklərdən gedir.
Həmin əmlakların üzərinə məşhur “Beynəlxalq Bank” işi ilə bağlı “Baghlan Group FZCO” şirkətinə verilən kreditlərlərə görə həbs qoyulmuşdu.
Məsələ burasındadır ki, 2013-cü ildə bankdan sözügedən şirkətə 5.000.000 dollar kredit verilib. 2017-ci ildə isə qalıq 2.049.495,81 dollarlıq borca görə Məmmədovlar ailəsinin Yasamal rayonunda yerləşən iki əmlakı müsadirə edilərək hərracda satılıb.

Qeyd olunanlara əsasən, Məmmədovların 650.5 kv.m olan qeyri-yaşayış sahəsi və ünvan 0.00988 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 307 kv.m. qeyri-yaşayış sahələri həbsdən azad edilib. Bununla bağlı istintaq orqanının vəsatəti təmin olunub.
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR
-
Tarix10:06Səhranın 125 min il əvvəlki halı: Nəhəng gölün izləri tapıldı - FOTO






.jpg)






























