Magazin2
Məşhur stilist Türkiyədən qovuldu
İnstaqramda paylaşdığı videolar sayəsində məşhurlaşan DJ Kerimcan Durmaz Amerikaya köçməyə məcbur qalıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur DJ bir müddət əvvəl təyyarədə çılpaq foto çəkdirərək paylaşmışdı. O, bu məsələ ilə bağlı açıqlama yayıb Türkiyə xalqından üzr istəsə də, müzakirələr səngimək bilməyib. Odur ki, 5 aydır "linç" edilən Kerimcan Nyu-Yorkda yaşamaq qərarına gəlib.
O, köçməzdən əvvəl yaşadığı villadan da qovulub. İddia olunur ki, Beykoz sakinləri K.Durmazla eyni məhəllədə qalmaq istəməyib. Villalar şəhərciyinin sahibi Erdal Acar “Posta” qəzetinə danışaraq məlumatı təsdiqləyib.
Kerimcan ərazidən uzaqlaşmaq istəməsə də, E. Uyar mühafizə xidmətinin köməyi ilə villadan qovulub.
Qeyd edək ki, Kerimcan Durmaz əvvəllər stilist və makiyajı ustası kimi çalışıb. O, fəaliyyətinə Bakıda məşhur gözəllik salonlarının birində başlayıb. Bir müddət Bakıda yaşadıqdan sonra o, yenidən öz ölkəsinə qayıdıb.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər







.jpg)
.jpg)







.webp)






















