Magazin2
"Game of Thrones"da çılpaq səhnələrə çəkilən məşhur aktrisadan ŞOK ETİRAFLAR: Məni məcburən... - FOTO
"Game of Thrones" serialında kraliça "Daenerys Targaryen"i canlandıran britaniyalı aktrisa Emilya Klark təəccüblü etiraflar edib.

Publika.az xəbər verir ki, aktrisa serialda çılpaq səhnələrdə iştirak etmək istəmədiyini söyləməsinə baxmayaraq, prodüser heyəti tərəfindən bu səhnələrə çəkilməyə məcbur edildiyini iddia edib.

Daks Şipardın "Armchair Expert" adlı podcast nəşrinə danışan 33 yaşlı aktrisa, çılpaq səhnələrdə iştirak etmək istəmədiyini deyərkən "Pərəstişkarlarını məyus edərsən" kimi cavablarla qarşılaşdığını bildirib.

İntim səhnələrin çəkilişini izah edən Klark, "Tualetə gedib ağlayırdım, sonra yenidən səhnəni çəkirdik" deyib.

Gözəl aktrisa, "Game of Thrones" silsilə serialı sonrası özündə bir çox çılpaq səhnə ehtiva edən film təklifi aldığını və bu səhnələrə artıq alışdığını deyib.

Emilya Klark, "Game of Thrones" təcrübəsi üçün bunları deyib: "Rolu qəbul etdikdən sonra mənə mətnləri göndərdilər. Oxuduqdan sonra çox asan olacağını beynimdə qət etdim. Çünki aktyorluq məktəbini yeni bitirmişdim və 23 yaşındaydım. Daha əvvəl heç vaxt belə bir film setində iştirak etməmişdim."

Qeyd edək ki, dünyaca məşhur aktrisa, keçdiyimiz illərdə atasına "Ssenarini oxudum və atamı xəbərdar etdim ki, ilk beş bölümü qətiyyən izləməyəcəksən" dediyini açıqlamışdı.




-
Qoroskop00:30Günün ULDUZ FALI - Planlaşdırılmamış xərclər aylıq büdcənizi poza bilər
-
Magazin14 Oktyabr 23:36Generalın qızının toydur - FOTOLAR
-
Yaxın Şərq4 Oktyabr 23:24“Flydubai” pilotunun şok planı üzə çıxdı
-
Magazin24 Oktyabr 23:12“Yaprak Dökümü”nün “Hayriye”sinin son halı görənləri təəccübləndirdi - FOTO
-
Hadisə4 Oktyabr 22:48Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Magazin14 Oktyabr 21:24Pencəyi çılpaq bədəninə geyinərək şouya qatıldı - FOTO
-
Region4 Oktyabr 21:12İranın neft naziri istefa verdi
-
Qoroskop4 Oktyabr 20:48Oktyabrın ən şanslı bürcü

































.jpg)