Magazin2
"Taxt oyunları"nın məşhur aktyoru koronavirusa yoluxdu
"Taxt oyunları" serialının məşhur aktyoru Kristofer Hivyu koronavirusa yoluxduğunu etiraf edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor karantində saxlandığını qeyd edib.
"COVID-19 testinin pozitiv çıxdığı üçün məyusam. Ailəm və mən evdən uzun müddət təcrid olunmalıyıq. Sağlamlığımız qaydasındadır, sadəcə yüngül soyuqdəymə simptomları var. İnsanları əllərini yuyaraq, digərlərindən məsafələrini qoruyaraq, virusun yayılmasının qarşısını almaq üçün əllərindən gələni etməyə dəvət edirəm. Çünki kimin koronavirusa yoluxacağı bəlli deyil və daha yüksək risk altında olanlar var. Bu virusla birlikdə mübarizə apara və xəstəxanalarımızdakı böhranın qarşısını ala bilərik. Xahiş edirəm bir-birinizə qayğı göstərin, məsafənizi qoruyun və sağlam qalın", - deyə 41 yaşlı Hivyu açıqlama yayıb.
Britaniyalı aktyor İdris Elbaya da koronavirus diaqnozu qoyulub. Bu barədə aktyor tvitter səhifəsində məlumat yayıb:
"Bu səhər COVID-19 virusuna dair analizim müsbət çıxdı. Özümü yaxşı hiss edirəm. Heç bir simptom yoxdur, amma diaqnoz qoyulduqdan bəri karantində saxlanılıram. Evdə qalın və praqmatik olun. İşlərin necə getdiyinə dair xəbərləri sizə bildirəcəm. Çaxnaşma yoxdur".
Qeyd edək ki, İ.Elba əsas məşhurluğunu "28 həftə sonra" (2007), "RoknRolla" (2008), "Götürücülər" (2010), "Kabus yarışçı 2: İntiqam atəşi", "Prometey" (2012) və "Tor" triloqiyası (2011, 2013, 2017) kimi filmlər sayəsində qazanıb.
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı




































.jpg)

.jpg)
