Magazin2
Nebahet Çehre dünya şöhrətli azərbaycanlı ilə inanılmaz layihə hazırladı - FOTO\VİDEO
Həm aktrisalığı, həm də özünəməxsus tərzi ilə hər zaman diqqət mərkəzində olmağı bacaran Nebahet Çehre bu dəfə dünyaşöhrətli azərbaycanlı dizayner Rüfət İsmayılla birgə hazırladığı yeni layihəsi ilə gündəm yaradıb.
Publika.az xəbər verir ki, 76 yaşlı sənətçi “Afffair” brendi ilə birgə 52 nümunədən ibarət kapsul kolleksiyası hazırlayıb. Öz hazırladığı əlbisələri öz üzərində nümayiş etdirən ulduz gənc qızlara meydan oxuyub.
“Çəkiliş üçün 10 geyim dəyişdim, amma heç yorulmadım. Böyük zövq aldım. Enerjim yüksək idi. Bu kolleksiya yaşı olmayan və hər daim şıq, baxımlı və zərif görünmək qadınlara ünvanlanıb. Eskizlər hazır olmazdan əvvəl sifarişlər gəlməyə başladı, çox xoşbəxt oldum. Kolleksiya 18 sentyabrdan onlayn satışa çıxarılacaq.
Karantin müddətində içimdə birdən çox qadın kəşf etdim, kolleksiya da bu şəkildə ortaya çıxdı. Əvvəllər mağazam var idi, sektora yad deyiləm. Evdə keçirdiyim günlərdə köhnə moda eskizlərimi tapdım. Sonra Rüfət İsmayıla göstərdim, çox bəyəndiyini söylədi. Əlavələr edərək ortaq bir kolleksiya ərsəyə gətirdik”.
Qeyd edək ki, Rüfət İsmayıl ilk və hələlik yeganə Azərbaycan və türk dizayneridir ki, onun kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - “Pitti Uomo” sərgisində də təqdim olunub. “Fashion TV” kanalı isə onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri hesab edib.
Beyonse, Cey Lo və Avril Lavin kimi dünya ulduzları Rüfət İsmayılın brendinin pərəstişkarlarıdır.
-
Dünya13:44Qalmaqal: Sərxoş kişi prezidenti küçədə öpmək istədi - VİDEO
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO









.jpg)




























