Magazin2
Milyarderin sevgilisinin məşhur aktyora baxışları GÜNDƏM OLDU – VİDEO
Dünya şöhrətli milyarder, "Amazon"un yaradıcısı Ceff Bezos sevgilisi Lauren Sançezin dünən 10-cu "LACMA ART" adlı qala gecəsində aktyor Leonardo Di Kaprioya baxışları gündəm olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur cütlük qırmızı xalça üzərinə çıxaraq paparatsilərə əl-ələ səmimi pozlar verib.
Aktyor Leonardo Di Kaprionun sponsorluq etdiyi gecədə milyarder sevgilisinin ulduza baxışları maqazin gündəminin əsas hadisəsi olub. Onun bu hərəkəti sosial şəbəkələrdə kəskin tənqid edilib.
Məlumat üçün bildirək ki, Ceff Bezos bir vaxtlarda sağ əli adlandırdığı 25 illik həyat yoldaşı Makkenzidən 2019-cü ilin yanvarında ayrılıb. Milyarderin xeyriyyəçi və yazıçı Makkenzi Skott ilə 25 illik nikahları nümunəvi hesab olunurdu. Onlar keşməkeşli yollardan keçiblər, 3 doğma oğullarını və bir övladlığa götürdükləri qızlarını böyüdüblər. Yeri gəlmişkən, "Amazon" şirkətini də iş adamı həyat yoldaşı ilə birlikdə qurmuşdu. Amerikanın varlı cütlüklərindən birinə çevrildikdən sonra onlar davamlı olaraq ehtiyacı olanlara xeyriyyəçilik yardımlar ediblər.

Bezos və Makkenzi Skott 2019-cu ildə boşanma xəbərləri ilə bütün dünyanı təəccübləndiriblər. Yaydıqları birgə açıqlamada qeyd edilirdi ki, nikahın pozulmasına baxmayaraq, onlar “tərəfdaş və dost” kimi qalacaqlar.
Mülkiyyətin bölüşdürülməsi zamanı Ceff keçmiş həyat yoldaşına varidatının dörddə birini – “Amazon”un 19,4 milyon səhmini (4 faizini) verib. Bu səhmlərin dəyəri 38,3 milyard dollar qiymətləndirilir.
Bundan sonra Makkenzi dərhal dünyanın ən varlı qadınlarının reytinqində 3-cü sırada qərarlaşıb. Skottun karyerası hazırda yüksəlişə doğru gedir. Koronavirus pandemiyası fonunda “Amazon” şirkətinin səhmlərinin bahalaşması sayəsində o, gəlirlərini xeyrli artıra bilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
