Magazin2
Məşhurun 65 milyon dollardan çox borcu olduğu üzə çıxdı
Viktoriya Bekhemın geyim markasının 65 milyon dollardan çox borcu var.
Publika.az xəbər verir ki, bu barədə “Mirror” nəşriyyatı şirkətin maliyyə hesabatlarına istinadən məlumat yayıb.
Keçən il auditorlar artıq ulduzun şirkətinin iflas ərəfəsində olduğunu, sonra borclarının 55 milyon dollardan çox olduğunu bildirmişdilər. Bu il bu rəqəm artıb və bunu Viktoriyanın rəsmi nümayəndəsi də təsdiqləyib. Eyni zamanda məşhur ümumi məbləğin 35 milyonunu Bekhem ailəsinin digər müəssisələrinə borcludur.
Dərc edilmiş məlumatlara görə, pandemiyada “Victoria Beckham Holdings”in ümumi gəliri 6 faiz azalaraq 46 milyon dollardan 43 milyona düşüb. Holdinqin gəlirləri xərclərini ödəmir. Qəzet yazır ki, buna baxmayaraq, Bekhem ailəsinin müəssisələrinin ümumi gəlirləri artmaqda davam edir.
Bu həftənin əvvəlində Bruklin Bekhemin həyat yoldaşı Nikola Peltz toya gələcək qayınanasının brendindən paltar geyinməyi planlaşdırdığını açıqlasa da, Viktoriya onun atelyesinin buna imkanı olmadığını bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO


































.jpg)


