Magazin2
Maksim Qalkin saxlanıldı
Rusiyalı müğənni Maksim Qalkinin konsert verməyi planlaşdırdığı Bali adasına getməsinə icazə verilməyib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Anna Monqayt özünün “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Qalkin “Prekrasnoye nedaleko” adlı konsert turu çərçivəsində Balidə çıxış etməli idi. Amma sənətçinin qastrol vizası və sənədləri olmasına baxmayaraq, o, İndoneziyaya buraxılmayıb. Maksim Qalkinə onun pasportunun müəyyən qara siyahıda olduğu barədə məlumat verilib.
“Qalkin səbəbi izah edilmədən deportasiya edilib. Mənə verilən məlumata görə, o, hazırda Denpasar hava limanında Vyanaya (Qətər Hava Yolları ilə İndoneziyaya gəldiyi yerə) təyyarə reysi gözləyir”, - jurnalist qeyd edib.
Maksim Qalkinin Balidə çıxışı yanvarın 27-nə planlaşdırılırdı. Afişada göstərildiyi kimi, sənətçinin konsertinə biletin qiyməti 800 min İndoneziya rupisi (təxminən 86 manat) ilə 2,5 milyon rupi (təxminən 265 manat) arasında dəyişir.
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI
-
Magazin116 Dekabr 21:48"Buna görə ağlamaq dərəcəsindəyəm"
-
Nida Xəbər 16 Dekabr 21:00Mais Bərxudarov görün kimlərlə görüşdü - FOTO
-
Magazin116 Dekabr 20:00Azərbaycanlı müğənni keçmiş əri üçün ELÇİ GEDƏCƏK
-
Dəb16 Dekabr 18:48Qalibi seçən münsiflərimiz… - FOTO


















.jpg)





















