Magazin2
Gözəl qızlar ucbatından meymunların başına iş gəldi
Hindistanın Telanqan əyalətində "Miss World" gözəllik yarışması səbəbindən meymunlar kütləvi şəkildə tutulur.
Publika.az xəbər verir ki, bu barədə “Deccan Chronicle” məlumat yayıb.
Dünyanın ən gözəl qadını adına iddiaçıların mayın 14-də Ramappa Məbədini və Varanqal qalasını ziyarət etməsi planlaşdırılır. Bu tədbir məbədi ziyarət edənlərin aqressiv meymunların hücumuna məruz qalmaması ilə əlaqədardır.
Qızların ekskursiyasını pozmamaq üçün rəsmilər "Meymun əməliyyatı" adlandırdıqları heyvanların kütləvi tutulması təşkil ediblər. Rayon Meşə Mütəxəssisi Rahul Kişanın rəhbərlik etdiyi meşə rəsmiləri artıq 150-dən çox meymunu tutub başqa yerə köçürüblər. Bu məqsədlə xüsusi qəfəsli təcrübəli ovçular işə götürülüb. Heyvanlar Eturnağaram Qoruğu Meşəsinin dərinliyinə buraxılıb.
"Əsas məqsəd odur ki, “Dünya gözəli” müsabiqəsi zamanı ortalıqda meymunların görünməməsidir. Bunun üçün ciddi işlər aparılır”, - Rahul Kişan jurnalistlərə bildirib.
O zarafat edib ki, qızların qarşılaşa biləcəyi yeganə meymunlar məbədin divarlarına oyulmuş meymunlardır.
Meymunların davranışından mütəmadi olaraq əziyyət çəkən yerli sakinlər məmurların təşəbbüsünü bəyəniblər.
Qeyd edək ki, “Miss World” gözəllik müsabiqəsinin finalı mayın 31-də baş tutacaq. Burada Qazaxıstan, Qırğızıstan və Ukrayna gözəlləri iştirak edəcək. Bildirilir ki, Bu ilki müsabiqəyə Rusiya və Pakistan gözəlləri qatəlmayıblar.
Adəm
-
Hadisə17:25Bakıda ölümlə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısında - FOTO
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu


























_(1).jpg)









