Magazin2
“Avroviziya-2025”in qalibi bu ölkə oldu - YENİLƏNDİ
Avstriya “Avroviziya-2025” mahnı müsabiqəsinin qalibi olub.
Publika.az xəbər verir ki, Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.
İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi tutub.
Finalda Azərbaycan İsrail təmsilçisinə səs verib.
xxx
23:48
"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin finalı başlayıb.
Publika.az xəbər verir ki, bu il müsabiqə İsveçrənin Bazel şəhərində təşkil olunub.
Birinci yarımfinal mayın 13-də, ikincisi isə mayın 15-də baş tutub.
Finalda ümumilikdə 26 iştirakçı çıxış edəcək: iki yarımfinalın 20 qalibi, həmçinin "Böyük beşlik" ölkələrinin - Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya və Fransanın və bu il müsabiqənin ev sahibi ölkəsinin nümayəndələri.
Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi ilə müəyyən ediləcək.
Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri Asəf Mişiyev, Həsən Heydər və Arif İmanovdan ibarət "Mamagama" qrupu müsabiqənin finalına çıxa bilməyib. Onlar ilk yarımfinalda "Run with U" mahnısı ilə çıxış ediblər.
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı


























_(1).jpg)









