Magazin2
Yayda milyonlar xərclənəcək iki toy olacaq: Varlılar evlənir, kasıblar etiraz edir
Bu yay dünya elitasında mövsümün ən səs-küylü hadisəsi olacağını vəd edən iki toy baş tutacaq.
Publika.az bu barədə "Page Six"ə istinadən xəbər verir.
Toyların ümumi dəyəri on milyonlarla dollar qiymətləndirilir.
Huma Abedin və Aleks Soros iyunun 14-də Hemptonsda evlənəcəklər
Hillari Klintonun keçmiş köməkçisi, 48 yaşlı Huma Abedin maliyyəçi Corc Sorosun oğlu, 39 yaşlı Aleks Sorosla evlənir. Məclis Nyu-Yorkun Hamptons qəsəbəsində, Soros ailəsinin 14,5 milyon dollar dəyərindəki malikanəsində keçiriləcək. Qonaqların Manhettendən helikopterlə çatdırılması planlaşdırılır.
Toyda Hillari və Bill Klintonun, Anna Vintur və digər siyasi və sosial elitanın nümayəndələrinin iştirakı gözlənilir.
Bezos və Sançesin 24-26 iyun tarixlərində dəbdəbəli toyu - Venesiya
Soros və Abedinin toyundan 10 gün sonra eyni dərəcədə gözlənilən hadisə baş verəcək: Amazonun qurucusu Ceff Bezos (61) və teleaparıcı Loren Sançesin (55) toyu. Mərasim Venesiyanın San Corcio Maccore adasında keçiriləcək.
Tədbirin büdcəsi təxminən 10 milyon dollar qiymətləndirilir. Bezos və Sançes qonaqları üçün "Aman Canal Grande" və "Cipriani" də daxil olmaqla beş lüks otel sifariş ediblər.
Bildirilir ki, eyni zamanda şəhər sakinləri milyarderlərin toylarına qarşı etiraz aksiyaları hazırlayırlar. "Venesiya zənginlər üçün oyuncaq deyil", - deyə fəal Rucero Tallon bildirib. Şəhər rəsmiləri toyun dincliyi pozmayacağına və bütün tədbirlərin “şəhərin unikallığına hörmətlə yanaşacağına” söz veriblər.
Bələdiyyə üzvləri hətta Bezosu Venesiyanın bərpası və münasib qiymətə mənzil tikmək üçün bir fonda ianə verməyə dəvət ediblər.
Adəm
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi

































