Magazin2
Məhkəmə Hüseynlə bağlı QƏRAR VERDİ
Rusiyada Moskva Şəhər Məhkəməsi 170 milyon rubl (təxminən 3.6 milyon manat) məbləğində vergini ödəməməkdə ittiham olunan azərbaycanlı bloqer Hüseyn Həsənov barədə qiyabi həbs qərarının qanuniliyini təsdiqləyib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Tərəflərin mövqeyini dinlədikdən sonra məhkəmə qərar verdi ki, Həsənovla bağlı ilkin instansiyanın qərarı dəyişdirilməz qalır və Həsənovun müdafiəsinin apellyasiya şikayəti qəbul edilmir", - hakim bildirib.
Xatırladaq ki, Həsənov qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.
Bloqer Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsinin "b" bəndi (xüsusilə iri miqdarda cinayət yolu ilə qazanılmış vəsaitin və ya digər əmlakın leqallaşdırılması) üzrə ittiham olunur.
Moskva Prokurorluğunun açıqlamasına görə, Həsənov sosial şəbəkələrdə reklamla məşğul olmaqla qazandığı vəsaitləri öz biznes hesabına deyil, fiziki şəxslərin - yaxın qohumlarının hesablarına köçürüb. Daha sonra bu vəsaitlər nağd şəkildə çıxarılaraq Həsənova təhvil verilib.
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Magazin214:09Məşhur aktrisa çimərlikdən elə görüntülər paylaşdı ki... - Foto
-
Magazin213:40Güllə yarası alan reper öldü - İntihar edib?
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi

































